atatv.az
atatv.az

Büdcədə gəlirlər proqnozu bir milyard manatdan çox üstələdi - HESABAT

16-05-2020, 11:08

Büdcədə gəlirlər proqnozu bir milyard manatdan çox üstələdi - HESABAT

2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib.

Atatv.az ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda bildirilib.

Belə ki, müvafiq dövr üçün dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat məbləğində proqnozlaşdırılıb.

Lakin faktiki olaraq, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon 100 min manat təşkil edib.

Bu, proqnozla müqayisədə 1 milyard 50 milyon 100 min manat çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 7 milyard 672 milyon 300 min manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 milyard 408 milyon 600 min manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşüb.

Gəlirlərin 11 milyard 364 milyon 300 min manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin hesabına formalaşıb.

2019-cu il dövlət büdcəsinin xərcləri isə proqnozlaşdırılandan aşağı olub.

Belə ki, ötən il üçün dövlət büdcəsinin xərcləri 25 milyard 190 milyon manat proqnoza qarşı 24 milyard 425 milyon 900 min manat təşkil edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930