atatv.az
atatv.az

Müstəqil Xalq Partiyasının (MXP) sədri​ ​ Əflan İbrahimov Əli Kərimlinin yalan və böhtanlarından bəhs edir

16-05-2020, 11:45

Müstəqil Xalq Partiyasının (MXP) sədri​ ​ Əflan İbrahimov Əli Kərimlinin yalan və böhtanlarından bəhs edir

​ ​

Hər kəsə bəllidir ki, 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən sonra, ictimai-siyasi həyatımızda fərqli bir mühit, fərqli bir ab-hava əmələ gəldi, hətta fərqli idarəçilik də həyata keçirilməyə başlandı. Yəni, əski sövet dönəmindən fərqli cəmiyyətin quruculuğu prosesinə qərar verildi. Baş verən proseslərin fonunda yeni siyasi partiyaların, siyasi təşkilatların, birliklərin və s. yaradılması, məhz müstəqil Azərbaycan Respublikasının suveren yaşamaq hüququnu bütün dünyaya bəyan etməsindən sonra atılan addımlar oldu. Onu da vurğulamaq yerinə düşər ki, həmin illərdə bir çox siyasi partiyaların yaranması, formalaşması prosesi baş verdi və cəmiyyətin siyasi cəhətdən aktiv olan zümrəsinin ayrı-ayrı siyasi partiyalarda, təşkilatlarda, birliklərdə birləşmələri ilə nəticələndi.​ Bugünümüzün reallığına gəldikdə isə onu qeyd edə bilərik ki, hal-hazırda da, bəzi siyasi partiyaların və digər qurumların qeydiyyatdan keçmələri, formalaşmaları prosesi davam etməkdədir. Yəqin ki, tam əksəriyyət o haqda da məlumatlıdır ki, bu ilin 07 mayında qeydiyyat nömrəsi 1120-P1-0058, hüquqi təmsilçisi İbrahimov Əflan Həsən oğlunun sədrlik etdiyi siyasi partiya- Müstəqil Xalq Partiyası (MXP) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində​ dövlət qeydiyyatına alındı. Başlıca məqsədi və gələcək fəaliyyətinin əsas strateji xətti dövlətimizə və xalqımıza xidmət etməyə yönlən Müstəqil Xalq Partiyasının dövlət qeydiyyatına alınması, əslində bu gün üçün olduqca əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bəli, adı çəkilən bu siyasi partiyanın dövlət qeydiyyatına alınması bir daha onu sübut edir ki, hal-hazırda Azərbaycanda​ siyasi partiyaların yaranması və formalaşması prosesi davam etməkdədir.​ Hər kəsə bəyan olsun ki,​ Müstəqil Xalq Partiyası nə müxalif, nə də iqtidar yönümlü siyasi partiyadır. Bu patiya yalnız və yalnız müstəqil ruhlu, demokratik dəyərləri yaşatmağa çalışan və xalqın mənafeyini düşünən siyasi bir qurumdur. Partiyanın sədri​ İbrahimov Əflan Həsən oğlu​ kifayət qədər həyat təcrübəsi olan, xalqını sevən, dövlətçiliyimizin müdafiə olunmasına və yaşadılmasına çalışan, həmçinin özünü radikal müxalifət adlandıran, əslində “cib müxalifəti” funksiyasını yerinə yetirən qaragüruhçulara qarşı davamlı mübarizə aparmağı qarşısına məqsəd qoyan, bir sözlə haqqı-ədaləti müdafiə edən bir şəxsdir. Bu şəxsin özünü müxalifət adlandıranlara qarşı necə barışmaz olduğunu, ​ məhz onların ünvanına səsləndirdiyi fikirlərə diqqət yetirməklə də müəyyən etmək olur. Məsələn,​ Müstəqil Xalq Partiyasının sədri​ Əflan İbrahimov açıqlamalarında bildir “Laçın Məmişov demişkən​ 2012-ci ildə Əli Kərimli (əslində ölü Kərimli), El Hərəkatı İctimai Birliyinin sədri Eldar Namazov və Müsavat Partiyasının başqanı İsa Qənbər birləşdilər və hər üç şəxs respublikamızda xaos yaratmağa çalışdılar. Yəni, onlar Bayıl qəsəbəsindəki meydanda mitinq keçirdilər. El Hərəkatı İctimai Birliyinin üzvü olduğum üçün, həmin mitinqdə mən də iştirak edirdim. Mitinq başlamazdan öncə Rüstəm İbrahimbəyovun ofisinə yığışdıq, o halda Eldar Namazov mənə dedi ki, “Əli Kərimovla danışmışam, biz istəyirik ki, respublikada xaos yaradaq və dövlət çevrilişi həyata keçirək”. Həmin vaxt onların mövqeyinə qarşı çıxdım və Eynulla Fətullayevin rəhbərlik etdiyi Haqqın.Az və Virtual.Az saytlarında Eldar Namazovun, İsa Qəmbərin və Əli Kərimlinin çevriliş etmək istədiklərini açıqladım və aidiyyatı dövlət qurumlarını bu yöndə məlumatlandırdım.​ Yəni, bəyanatla çıxış edib bildirdim ki, hər üç şəxs qarışıqlıq yaradıb respublikamızda xaos yaratmaq istəyirlər. Qarabağ müharibəsi veteranı olaraq bu üç şəxsin belə bir çirkin niyyətinə qarşı qəti etirazımı bildirdim və vətənini, xalqını sevən bir insan olaraq, onların diqqətinə çatdırdım ki, mən bütün bunların qarşısını alacağam. Hətta, hər üç şəxsin atmaq istədiyi çirkin addımlarla bağlı Baş Prokurorluqda izahat da yazıb verdim. Yəni, həmin vaxtlarda baş verə biləcək xaosun, çaxnaşmanın qarşısının alınmasında böyük rolum oldu. Onu da bildirim ki, bu gün AXC Partiyasının sədri Əli Kərimov xaricidən mailiyyələşir və vaxtilə onlar bildirirdilər ki, ​ “bizi “SOROS” fondu ​ maliyyələşdirir”. Yəqin ki, Müsavat Partiyası ilə bərabər, Eldar Namazovun rəhbərlik etdiyi El Hərəkatı İctimai Birliyi də, xaricdən əldə etdikləri maliyyələr hesabına fəaliyyətlərini davam etdirirlər. Əslində adlarını çəkdiyim bu şəxslər atdıqları addımları ilə dövlətçiliyimizin əleyhinə çıxmış olurlar. Onu da unutmaq olmaz ki, bütün çirkin işlərin başında zaman-zaman Əli Kərimli durub. Ötən mitinq aksiyası zamanı Əli Kərimlini atdığı qanunsuz addımına görə polislər saxladılar. Bu şəxs verdiyi açıqlamalarında bildirdi ki, “polislər məni üç dəfə möhkəm döydülər”. ​ ​ ​ ​ ​
​ ​ Əli Kərimli söylədiyi bu cür açıqlamaları ilə bir daha yalançı, böhtançı, şərəfsiz olduğunu sübut etmiş oldu. Çünki, bu şəxsi üç dəfə yox, əgər bircə dəfə möhkəm döysəydilər belə, bəlkə də canını çoxdan tapşırmışdı. Onun nə canı-cəsədi var ki, üç dəfə möhkəm döyülsün, o da belə bir əzab-əziyyətə dözə bilsin? Əgər o, həqiqətən də bərk döyülmüşdüsə, nə əcəb həkimdən tibbi arayış alıb onu döyən şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayətini təqdim etmədi?​ Çünki o, yalan danışırdı, böhtan atırdı, xalqın övladlarını küçələrə çıxarıb, məhz onları döydürtmək istəyirdi. Sual oluna bilər ki, əgər mitinqə çıxmaq yaxşı addımdırsa, nə əcəb o, öz oğlunu İngiltərədə gizlədir. Yaxşı olar ki, oğlunu meydana çıxartsın və hər kəs də görsün ki, Əli Kərimli doğurdan da partiya rəhbəri olaraq düzgün addımlarını atır. Əli Kərimli DQ müharibəsində olmadığın halda, gedib döyüş bölgəsində formada şəkil çəkdirir və bununla da sübut etmək istəyir ki, guya ki, o da, döyüş əməliyyatlarında iştirak edib. Bir sözlə, bu şəxs müharibədə olmaya-olmaya utanmadan forma geyinir və bu cür saxtakarlıq edir. Əslində Əli Kərimli çox qorxaq, araqatan bir şəxsdir. Bir anlığa diqqət yetirək ki, bu şəxs təqribən 27-30 ildir ki, dövlətin əleyhinə danışır, amma bircə dəfə də olsun belə Qarabağın azad olunması haqda nəsə düşünmür. Bu şəxs əsgərlikdə “çmo” olub. Yəni, onun “çmo” olmasını sübut edən çoxlu sayda şəkillər var. Şəkillərdən də görünür ki, o, daim küçələri süpürür. Əli Kərimov Xalq Cəbhəsinin hakimiyyəti dövründə Prezident Aparatında çalışıb və o, daşıdığı vəzifəsindən sui-istifadə edərək, həyat yoldaşını da adı çəkilən bu quruma işə düzəldir. Unutmayaq ki, onların hər ikisini ayrı-ayrılıqda xidməti maşın işə aparıb gətirir. Bu yolla da, dövlətin büdcəsinə külli miqdarda ziyan vurublar. İstəsəydilər onların hər ikisi bir maşında işə gedib gələ bilərdilər. Bir sözlə, bu şəxsin həyat yoldaşının xidməti maşını ayrı, özünün də xidməti maşını ayrı olub. Kəlbəcərin, şəxsən Şuşanın ermənilər tərəfindən ələ keçirilməsində Əli Kərimlinin və onun təmsil olunduğu komandanın böyük rolu olub.
​ ​ ​ ​ Bir vaxtlar Əli Kərimov və “cib müxalifət” funksiyasını yerinə yetirənlər Rüstəm İbrahimbəyovun vasitəsilə ​ ruslara yaxınlaşdılar. Bir qədər vaxt keçdikdən sonra isə bildirdilər ki, bu hakimiyyət ruslara yaxındır. Əslində bu qaragüruhçu qüvvələr hakimiyyətə gəlmək üçün nəinki ruslara, hətta Avropaya, Amerikaya da satılmağa hazır olan insanlardırlar. “Milli Şuranın” rəhbəri hesab etdikləri Cəmil Həsənlini ​ “qurbanlıq keçisi” kimi qabağa veriblər, o da gedib ABŞ-da oturub ölkəmizin əleyhinə işlər görməklə məşğul olur. Əslində Cəmil Həsənlinin belə bir addımı satqınlıqdan başqa bir şey deyil. Bu gün Əli Kərimli ​ artistlik edir, evdə oturub bayıra çıxmır, guya ki, onu “blokadaya” alıblar. Hətta, hay-həşir də salır ki, guya onun internetini kəsiblər, onu evdən bayıra çıxmağa qoymurlar. Belə olan halda deyirəm ki, sənə ayıb olsun. Əslində o, bu cür addımları ilə özünü biabır edir. Parlament seçkilərinin keçirilməsinə hazırlıq görülərkən Əli Kərimli bəyan etdi ki, qətiyyən seçkiyə getmək olmaz. Hətta, REALın sədri İlqar Məmmədov seçkilərdə iştirak haqda qərar qəbul edərkən, ona da irad bildirdi. İndi də deyir ki, yenidən seçkiyə getmək lazımdır. Başa düşmək olmur ki, bu şəxs indi hansı oyunu oynamaq istəyir? Əli Kərimli sən satqın olmusan, yəqin ki, bundan sonra da satqın olacaqsan.
​ ​ ​ ​ Ötən illərin birində Əli Kərimli Moskvada yaşayan polkovnik Sakit Allahverdiyevdən “Azadlıq” qəzetinin tırajını artırmaq adı altında, adı çəkilən bu şəxsdən Qənimət Zahidin vasitəsilə 260 min dollar pul alır.​ Hətta, Sakit Allahverdiyev Qənimət Zahidin gözlərini əməliyyat da etdirir. Bu gün də Qənimət gedib oturub Fransada, oradan ağzına gələni danışır. Osmanqızı da Amerikadan danışır. Bu cür tərbiyəsizlik etmək olmaz. Adam adama hörmət edəndə, qarşı tərəfə bu qədər haqsızlıq etməzlər. Bir vaxtlar paytaxtın Xəqani küçəsi-33 ünvanında yerləşən AXCP-nin qərargahını partladılar, yandırdılar, sonra da dövlətdən 800-min manat kompensasiya tələb edib aldılar. Onlar daim bu cür şantaj işlərlə məşğul olub pul qazanıblar. Özlərini radikal müxalifət adlandıranlar daim insanların taleyi ilə oynayıblar. Diqqət yetirmək lazımdır ki, AXCP-nin qərargahı yerləşən binanı çəbhəçilərə təmənnasız verən kişini​ Əli Kərimli başda olmaqla bütün cəbhəçilər dəli və axmaq adlandırdılar. Belə bir haqsızlığa Azər Əsgərov heç cür tab gətirə bilmədi, son anda ürəyi tutdu və Türkiyədə dünyasını dəyişdi. ​
​ ​ ​ Bunlar görün nə dərəcədə səviyyəsiz adamlardır. Mərhum prezidentimiz Heydər Əliyevi özləri hakimiyyətə dəvət etdilər ki, Surət Hüseynovdan xilas ola bilsinlər. Axırda da Heydər Əliyevə qarşı çıxdılar. Çünki, Surət Hüseynov onları şəhərin ortasında dar ağacından asacağı ilə hədələmişdi. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və müstəqil Azərbaycan Respublikasını məhv olmaqdan xilas etdi. Bu gün həmin məxluqlar Ümumilli Liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin əleyhinə çıxmaqla, sanki nəyəsə nail olmaq istəyindədirlər. Əli Kərimli utanmadan Avropadan söyüş söyən bloggerlərə, o cümlədən Qalibə, Vidadiyə, Məhəmmədə, Süleymana, Manafa, Orxana və digərlərinə ölkəmizin əleyhinə təbliğat aparmaq yöndə istiqamət verir, hətta onları maliyyələşdirdiyi də bildirilir. Sözsüz ki, tərbiyəsiz söyüş sözlərini söyənlər öz tərbiyələrini nümayiş etdirirlər. Məhəmməd Mirzəli adlı şəxs deyir ki, “biz AXCP-nin gənclər təşkilatının üzvüləriyik”. Əli Kərimli sübut deyir, bu da onun sübutu. Bu şəxs zamanında Əbülfəz Əliyevi də satıb. O, həmişə deyirdi ki, Əli Kərimlinin “sağ əli” bu hakimiyyətin cibindədir”. AXCP-də Nicat Abdullazadə adlı bir şəxs var, o da tərbiyəsizin ən böyüklərindən biridir. Bu şəxslər hər cür alçaq əməllərlə məşğul olmağa hazır olan insanlardırlar. Bu məxluqlar nəyin bahasına olursa-olsun, bir daha hakimiyyətə gəlmək istəyinə düşüblər. Amma, ​ onu unudurlar ki, onlar heç vaxt hakimiyyət üzü görməyəcəklər. Düşünürəm ki, bu məxluqların hər biri ​ cənab İlham Əliyevin rəhbərlik etdiyi dövlətimizin mükəmməl qanunları əsasında layiqli cəzalarını alacaqlar. Bundan başqa, tərbiyəsiz Qurban Məmmədov da satqının birisidir, şərəfsizdir və Kəlbəcərin, Şuşanın, Xocalının ermənilərə verilməsində əli olan Fəhmin Hacıyevlə birlikdə gündəlik ağzına gələni danışır. Vaxtilə Azərbaycan dövlətini və xalqını düşdüyü bəladan xilas etmiş rəhmətlik Heydər Əliyevlə görüşən sən olmusan, indi də onun əleyhinə danışırsan, alçaqlıq edirsən. Sənin adını Qurbancik qoymuşam, sən ən böyük tərbiyəsizlərdən birisən. Xaricidə oturub dövlətimizin əleyhinə danışırsan, sən heç vaxt Azərbaycanın üzünü görməycəksən.
​ ​ Bütün bunlar heç kimin fikri deyil, sadalananların hər biri şəxsən mənim şəxsi yanaşmamdır. Əli Kərimli bloggerləri öyrədir, Avropadan hörmətli Prezidentimizi və onun xanımın təhqir etdirir. Onun belə bir addımlarına görə də, Əli Kərimliyə bu cür cavabları verməyi özüm üçün borc bildim. Hər kəs o halın varlığına da diqqət yetirsin ki,​ bunlar 2011-ci ildə Əlikram Hümbətovun oğlu ilə birlikdə birgə hərəkət etmək haqqında bəyyamnamə hazırlayıb imzalayırlar. Orda-burda da danışırlar ki, Əlikram Hümbətov seperatçıdır, ayrı-seçkilik salan şəxsdir. Əli Kərimli başda olmaqla özlərini radikal müxalifət adlandıran bu məxluqlar istənilən vaxt düşmənlə, xəyanətkarla, ermənipərəstlərlə və s. işbirliyinə gedib hakimiyyətə gəlməyə çalışırlar. Bu şəxslər Əlikram Hümbətova, onun övladlarına, bir sözlə onun yaxın çevrəsində olanlara separatçı deyirlər, amma onu unudurlar ki, separatçının ən böyüyü elə onların özləridirlər. Bir daha deyirəm və hər kəsdə bilsin ki,​ Müstəqil Xalq Partiyasının sədri olaraq bu cür açıqlamaların hər biri mənə məxsusdur. Çünki, mən Vətənimi, dövlətimi, xalqımı çox sevirəm və cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti hər an dəstəkləyirəm, bundan sonra da dəstəkləyəcəyəm. Yəni, bu hakimiyyətə qarşı çıxanlar dərk edib bilsinlər ki, istənilən vaxt qarşılarında məni görəcəklər”.



 Hazırladı: Rasafil Bayramov

Müstəqil Xalq Partiyasının (MXP) mətbuat xidmətinin rəhbəri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930