atatv.az
atatv.az

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MİNNƏTDARLIQ MƏKTUBU

16-05-2020, 13:12

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MİNNƏTDARLIQ MƏKTUBU

Hörmətli Prezidentimiz,


Biz Ağdam rayonundan məcburi köçkün düşmüş müəllim bacılar (altı müəllim bacı) hər zaman mənfur qonşularımız ermənilərin xalqımıza qarşı apardığı ədalətsiz mübarizə və müharibədə məğlubiyyətə uğrayacaqlarına ürəkdən inanmışıq. Çünki xalqımızın Sizin kimi müdrik prezidenti, Ali Baş Komandanı var. Dünyada pandemiyanın tüğyan etdiyi bir dövrdə inkişaf etmiş bəzi ölkələrin prezidentləri yaranmış vəziyyətdə nə edəcəklərini bilmədikləri, zamanında doğru qərarlar vermədikləri halda Siz təmkininizi pozmadan görüləcək tədbirləri nə tez, nə gec, zərgər dəqiqliyi ilə tam vaxtında həyata keçirərək xalqımızı yeni koronavirus infeksiyasının ağır fəsadlarından xilas etdiniz, hadisələri nəzarətdə saxlamağı bacardınız və digər ölkələrə nümunə oldunuz. Xalqımızın bu çətin - koronavirus infeksiyası ilə mübarizəsi dövründə Siz hər bir azərbaycanlının prezidenti olduğunuzu işinizlə bir daha sübut etdiniz.
Tez bir zamanda xaricdən ölkəmizə lazımi tibbi avadanlıqların gətirilməsi, böyük müəssisələrin çox çarpayılı yeni xəstəxana kimi fəaliyyətinin təşkili, yeni modul tipli xəstəxananın zamanında tikilib başa çatdırılması qərarlarınızın dinamikliyinin nəticəsidir.
Siz gecə-gündüz çalışaraq ağlınız, zəkanız, uzaqgörənliyiniz sayəsində heç kəsin ağlına gəlməyən keçilməz bir yerdə keçid yaradaraq, təhlükə olar deyə özünüz qarşıda gedən cəsur sərkərdətək Azərbaycan xalqını müdrikliklə hesablanmış qərarlarınızın arxasınca aparıb koronavirus infeksiyasının inkarolunmaz yoluxdurma gücünü zəiflətdiniz. Bunun üçün heç çəkinmədən bütün mümkün imkanlardan istifadə etdiniz və geniş yoluxmanın qarşısını vaxtında aldınız.
Xarici televiziya kanallarının Azərbaycanda Covid-19 pandemiyasına qarşı aparılan mübarizəni təqdir etmələri, bir çox xarici dövlətlərin mübarizə üsulu kimi Azərbaycan təcrübəsinə əsaslanmaları, Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların Sizə etdiyi təşəkkürlər bizdə fəxarət hissi yaradır.
Əminliklə inanırıq ki, Sizin uzaqgörənliyinizin və dərin zəkanızın nəticəsində xalqımız bu bəladan az itkilərlə sovuşacaqdır.
Bildirək ki, biz- təhsil işçiləri elmə, təhsilə, təhsil işçilərinə göstərdiyiniz diqqət və qayğını daima hiss edirik. Təsadüfi deyil ki,
Sizin “Biz birlikdə güclüyük” çağırışınıza ilk qarşılıq verənlərdən biri də elm, təhsil işçiləri oldu. Biz müəllimlər Azərbaycanımızın, gənclərimizin inkişafı naminə üzərimizə düşən vəzifələri Sizin rəhbərliyiniz altında layiqincə yerinə yetirməyi qarşımıza vəzifə qoyaraq hazırkı vaxtda evdə qalsaq da, yaradılan yüksək səviyyəli şəraitdən istifadə edərək distant dərslər keçir, şagird və tələbələri təhsildən uzaq qoymamaq üçün var qüvvəmizlə çalışırıq.
Əziz Prezidentimiz, biz hər zaman Sizə güvənirik. Çünki Siz həmişəyaşar Ulu Öndərimiz Heydər Əliyevdən tərbiyə və dərs almıs, onun keçdiyi ömür yolunu özünüzə örnək seçmisiniz. Ölkə vətəndaşlarına səmimi münasibətiniz, xalqımıza dərin sevginiz, vətənpərvərliyiniz, ədalətli olmağınız, səbr və möhkəm iradəniz, xalqımızın rifahı üçün gördüyünüz işlər bunu sübut edir.
Şahidi oluruq ki, qətiyyətli addımlarınızın nəticəsi olaraq artıq ölkəmizdə şəffaf idarəetmə modeli formalaşır, korrupsiya və rüşvətxorluğa qarşı tutduğunuz ciddi mübarizə siyasəti də öz töhvəsini verməkdə davam edir. Bunlar bizi sevindirir.
Bilirik ki, gördüyünüz bütün tədbirlərdə əsas məqsəd vətəndaş məmnunluğunun artırılmasına hesablanmışdır. Bütün bunlar xalq və prezident həmrəyliyin artırır, xalqın öz dövlət başçısına inamını daha da gücləndirir.
Cənab Prezidentimiz, bu çətin günlərdə xalqımıza göstərdiyiniz böyük dəstəyə, qayğıya və bu günlər üçün əsas iki amildən - iqtisadi fəallığı deyil, birmənalı olaraq hər bir ölkə vətandaşının sağlamlığını seçməyinizə görə Sizə bütün təhsil işçiləri, məcburi köçkünlər adından təşəkkürümüzü bildiririk.
Biz bacıların ən böyük arzusu Sizi və vitse - prezidentimiz Mehriban xanımı Qarabağın gözü sayılan Ağdamda qarşılamaq, Qarabağın ən ətirli, ən gözəl çiçəklərindən tər dəstə bağlayıb Sizlərə təqdim etmək, "Qalib Prezidentimiz və vitse -prezidentimiz, Ağdam torpağına xoş gəlmisiniz!" - deməkdir.
Əminik ki, o gün çox da uzaqda deyil.

Hörmətlə,
Ağdam rayonundan məcburi köçkün bacılar;
Aytəkin Sabir qızı Əliyeva Azərbaycan-dili və ədəbiyyat müəllimi,
Gültəkin Sabir qızı Əliyeva
Azərbaycan dili və ədəbiyyatı müəllimi,
Aygün Sabir qızı Qasımova
tarix müəllimi,
Gülyaz Sabir qızı Əliyeva
Azərbaycan dili və ədəbiyyatı müəllimi,
Sevda Sabir qızı Əliyeva
ibtidai sinif müəllimi,
Aynurə Sabir qızı Əliyeva
ADPU, Elmi-Tədqiqat mərkəzinin elmi işçisi.


AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031