atatv.az
atatv.az

Gəncənin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir

16-05-2020, 15:49

Gəncənin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir

Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı
Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa
yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq,
xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir
qisminin yumşaldılmasına qərar verilib. Qərara əsasən 18 may 2020-ci il saat
00:00-dan etibarən bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan
məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə
götürüləcək.
Bununla əlaqədar olaraq Gəncənin park və xiyabanları əhalinin istirahəti üçün
hazır vəziyyətə gətirilir. Belə ki, sözügedən ərazilərdə təmizlik işləri aparılıb,
xüsusi karantin rejimi dövründə götürülən oturacaqlar yerlərinə qaytarılıb.
Ən önəmlisi şəhərin bulvar, park və istirahət məkanlarında dezinfeksiya işləri
həyata keçirilib. İşlərə Dezinfeksiya Stansiyasının əməkdaşları ilə yanaşı,
MKTİB-in xüsusi təlim keçmiş işçiləri də cəlb olunublar.
MKTİB-in işçiləri Gəncənin bulvar, park və xiyabanlarında iməclik də
keçiriblər. Yeni çiçəklər əkilib, uzanmış otlar biçilib, ağacların təhlükə törədə
biləcək budaqları budanıb. Məlumat üçün bildirək ki, MKTİB-nin əməkdaşları
xüsusi karantin rejimi dövründə də növbəli şəkildə fəaliyyət göstərib,
yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Qeyd edək ki, şəhərin küçə və prospektləri, o cümlədən çoxmənzilli
binalardan aparılan dezinfeksiya işləri park və xiyabanları da əhatə edir. İşlər
bundan sonra da davam etdiriləcək.

AtaTv.az

Gəncənin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir
Gəncənin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir
Gəncənin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir
Gəncənin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930