atatv.az
atatv.az

Fəal icra başçısı

16-05-2020, 18:24

Fəal icra başçısı
Bakının Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.
Nəsimi rayon İcra Hakimiyyətindən Respublikaxəbərə bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi,abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonunda bir sıra işlər həyata keçirilib və hazırda növbəti layihələrin reallaşdırılması istiqamətində genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri davam edir. İnsan sağlamlığınınvə təbiətin mühafizəsi üçün lazım olan ən mühüm amil təmizliyin qorunmasıdır. Bu məqsədlə rayonun Səməd Vurğun və.s küçələrində abadlıq, təmizlik işləri görülür. Çəmənliklərdə olan tullantıların təmizlənməsi, yaşıllığın qorunması məqsədi ilə yolun orta zolağlarında və yan tərəflərində olan ağacların diblərinin bellənməsi və.s kimi işlər görülür. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda uğurla davam etdirilir. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən tək Səməd Vurğun küçəsində deyil, bütün ərazilərində aparılan abadlıq, quruculuq və yenidən qurma işləri sakinlər tərəfindən razılıqla qarşılanır.
Biz də Respublikaxəbər.az İXP olaraq Ölkə Prezidenti cənab İlham Əliyevə və onun göstərişlərini layiqincə yerinə yetirərək ləyaqətlə xalqa xidmət edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərova təşəkkürümüzü bildiririk.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930