atatv.az
atatv.az

Milli Şura radikalizmə meylli bir qurumdur

19-05-2020, 11:54

Milli Şura radikalizmə meylli bir qurumdur

Müstəqil Xalq Partiyasının (MXP) sədri olaraq mən “Demokratik Qüvvələrin Milli Şurası”nın iki dəqiqəlik, iki dəqiqə yarım müddət ərzində keçirilmiş açıq video-konfransa münasibətimi belə bir formada ifadə edirəm. Azərbaycan dövlətinə və xalqına qarşı radikal, xəyanətkar mövqe bəsləyən, özlərini “Demokratik Qüvvələrin Milli Şurası”adlandıran və əsasən xarici ölkələrdə yaşayan, xarici düşmən qüvvələrinə bağlı olan, eyni zamanda Azərbaycana qarşı düşmənçilik siyasəti aparan marqinal qrup növbəti dəfə özlərini ifşa etdilər. Yəni, “Demokratik Qüvvələrin Milli Şurası” iki dəqiqəlik, iki dəqiqə yarımlıq açıq video-konfrans keçiriblər. Azərbaycan dövlətinə və xalqına qarşı xəyanətkar mövqe bəsləyən, xarici düşmən qüvvələrinə bağlı olan, bir sözlə Azərbaycana qarşı düşmənçilik siyasəti aparan marqinal qrup növbəti dəfə özünü ifşa etdi. Pandemiya dövründə iclasların video-konfrans şəklində keçirilməsi təcrübəsindən istifadə edən radikal müxalifət, bu konfrasda öz həqiqi mahiyyətini bir daha cəmiyyətə göstərdi. Video-konfrasda iştirak edən insanların bir-birinə qarşı ifadə etdikləri ifadələr cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılandı. Bundan əlavə, müxalifətin söyüşlə danışması, məhz bu quruplaşmanın qeyri-ciddi, populist olduğunu bir daha sübut etdi. Həmçinin video-konfrasdan sonra istehfaların olması, onların cəmiyyətə düşmən olduqlarını da aşkara çıxartdı.

Milli Şura (əslində Qullu Şura) girdirmə bir təşkilatdır. Hər kəs məlumatlıdır ki, bir neçə gün bundan öncə bu qurumun video-konfransı keçirildi. Əslində Amerikada yaşayan İsmayıl Cəlilov bir jurnalistdir. Yəni, bu şəxs haqqında görün Milli Şuranın üzvləri nələr danışırlar. Konfransda Milli Şuranın kordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli İsmayıl Cəlilov haqqında kifayət qədər aşağılayıcı ifadələr səsləndir, Rafiq Manaflı isə tərbiyəsiz söz-söhbət danışır və ardınca da ifadə edir ki, yaxşı olardı ki, Adolf Hitler cinsi azlığı tam şəkildə məhv edəydi. Konfransda Gültəkin Hacıbəyli açıq şəkildə ifadə edir ki, Qərb müxalifəti həm maliyyələşdirsin, həm də dəstəkləsin. Yəni, əgər sabah Qərb desə ki, beş arvadlılıq qəbul olunsun, bunlar elə bir məxluqdur ki, onlar buna da razı olacaqlar. Bu Milli Şuranın üzvləri hər biabırçılığa getməyə hazırdırlar. Milli Şura üzvləri iclaslarında üzdəniraq ifadəsini işlədirlər. Üzdəniraq Cəmil Həsənlidir, o, vaxtilə ulu öndər Heydər Əliyevin əlindən, ətəyindən öpüb iki dəfə Milli Məclisdə deputat oldu, indi isə müxalifətçilik edir. Bundan böyük üzdəniraqlıq ola bilməz. Üzdəniraq odur ki, olmayan bir yalanı cəmiyyətə sırıyasan, onlar sırımağa çalışırlar. Milli Şuraya dair bir video var, onu sızdıran elə o “Qullu Şura”nın üzvüdür. Baxın, o şurada Qənimətin, Cəmilin, Gültəkinin kamerası işləyir, amma Fuadın kamerası bağlı idi. Yəni, guya Fuad Qəhrəmanlı hansısa işi görür. Məncə bu videonu yayan Fuad Qəhrəmanlının özüdür. O, daim bildirir ki, “mənim hər tərəfə işləməyimi Əli Kərimli də bilir”. Bu o deməkdir ki, onlar xalqın taleyi ilə bazarlıq edirlər. Qənimət deyir ki, “bəylər, ehtiyatlı olun, canlı yayım gedir”. Bu işlər təsadüf ola bilməz. Milli Şuranın cəmi iki-üç dəqiqəsi yayımlanıb. Görün bunlar otuz dəqiqəlik konfrans keçirsələr nə qədər tərbiyəsiz söz-söhbətlər danışarlar. Əgər tam versiyası verilərsə, o halda xalq onların evinə basqın edər. Milli Şura, AXC hakimiyyətə iddialı idi və 2013-cü ildə Cəmil Həsənlinin prezidentliyə namizədliyini irəli sürmüşdülər. Bu Cəmil Həsənli abırsız adamdır. Yəni, bunlar Cəmillər, Əli Kərimlilər Azərbaycanın məsuliyyətini öz üzərlərinə götürmək istəyirdilər. Guya hər bir Azərbaycan vətəndaşının Konstitusion hüquqlarını qoruyacaqlarına zəmanət verəcəkdilər. Bunların faşist yanaşması belə idi ki, hakimyyətə gəlib kimlərisə güllələmək. Gərək onda Əli Kərimli birinci güllələnəydi. Bunlar, yəni Cəmillər, Əlilər hakimiyyətə gəlsəydilər, Hitlerin atasına rəhmət oxutdurardılar. Əbülfəz Kələkiyə qaçandan sonra analiz olundu, bu AXC- Müsavat hakimiyyəti nə qədər cinayət ediblər, hətta qadını AXC-Müsavat hakimiyyəti həbs etdi. Deputat səlahiyyəti olan (yəni toxunulmazlığı) Rüfət Ağayevi bunlar həbs etdilər, azad mediaya basqını bunlar etdilər, Zərdüşt Əlizadəni döyüb avtomobilinin baqajına basdılar. Bunlar Astaranın Şahadacı kəndində bir ailəni məhv etdilər, terror törətdilər. Cənub zonasında imkanlı adamları soydular, həbs etdilər. Bunlar hakimiyyətə gəlməmiş seçki saxtakarlığı etdilər, ilk dəfə Azərbaycanda karuseli bunlar həyata keçirdilər, telestudiyaya basqını ilk dəfə bunlar etdilər. AXCP-Müsavat cinayətkar rejim olub, bugün də hakimiyyətə gəlmək istəyirlər.

Əli Kərimli “pampers”inin üstündə oturub, guya ki, o, blokadadır, bunların hamısı rəngdir. Cəmil Həsənli öz saytında yazıb ki, cinsi azlıqları tanıyırıq. Əlbəttə, tanıyacaqsan. Çünki, AXCP-nın sədri Əli Kərimlinin adı bu cinsi azlıqlar sırasındadır. Hər kəs gördü ki, Cəmil Həsənli konfransda insanı aşağılayır (yəni, İsmayıl Cəlilovu). Mən deyirəm ki, o Milli Şuranın konfransında iştirak edənlərin hamısından İsmayıl Cəlilov ləyaqətlidir. Sizin fikirinz öz maddi rifah halınızı güdməkdir, əsl üzdəniraq Milli Şura adlanan bu qurumun üzvləridirlər. Cəmil Həsənliyə deyirəm ki, siz feyzbukdan insanları təhqir edirsiniz, sabah sizin əlinizə hakimiyyət keçsə siz komandanızla bu xalqı məhv edərsiniz. Bir tənqidə görə görün bunlar nələr etdilər? Allahtala bunlara hakimiyyət nəsib etməsin. Bunlar hakimiyyəti öləndə görərlər. Milli Şuranı, AXC-ni karonavirus adlandırmışam. Milli Şuranın əlinə Eldəniz Quliyev düşümüşdü. Eldəniz Quliyevi bu “Qullu Şura” kəsdi. Mən Eldəniz Quliyevə vaxtında dedim ki, bunlar dələduz yığnağıdır. O, məni yola verirdi ki, elə deyil. İndi mən deyirəm, gəl dövlətimizi, dövlətçiliyimizi dəstəkləyək, cənab İlham Əliyevin yanında olaq. Siz mənim məsləhətlərimə məhəl qoymadınız. Milli Şura Eldəniz Quliyevi “razkrutka” etdi. Müsavat-AXC Əlikram Hümbətovla 2011-ci ildə seperat danışığa getdi. Bunlar hakimiyyətə gəlmək üçün xalqın üstündə alver edirlər. Bu adamlara deyilsə ki, sizlərə 100 manat pul veririk, onlar istənilən addımlarını atarlar.

Cəmilə nə qədər irad bildirsən də xeyri yoxdur. Sən Cəmil, Fərhad Əliyevin yanında olmusan. Eyni zamanda bayraq dirəyinin açılışında sən Cəml Həsənli, İlhamə ilə yanyana oturmuşdun. Cəmil, sən ikiüzlüsən, üzdəniraqsan. Səninlə üzdəniraq əli Kərimli və İsa Qəmbərdir. Milli Şuranın heç bir rolu yoxdur. İlk dəfə Milli Şuranı 2013-cü ildə MXP sədri olaraq Əflan İbrahimov dağıtdı. Yenə sizləri mən dağıdacam. Çünki, sizlər xalqın iradəsinin əleyhinə gedirsiniz. Xalq Cəmilə, Əliyə bunları bağışlamayacaq. Milli Şuraya, AXC-nə və Müsavata qarşı münasibətim çox pisdir. Çünki, onların təşkilatlarının başında Cəmil Həsənli, Əlik Kərimli və İsa Qəmbər durur. Söhbət Milli Şuranın və AXC-nin əxlaqsızlığından gedir.

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının (MXP) sədri


AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930