atatv.az
atatv.az

“İnternational” BOKT-ın kredit portfeli kəskin artıb

19-05-2020, 14:25

“İnternational” BOKT-ın kredit portfeli kəskin artıb

“İnternational" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 14 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2018-ci ildən 14 min manat xalis zərərlə çıxmışdı.

Ötən il “International”ın vergiyəqədərki mənfəəti 25 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 11 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “International"ın aktivləri 10,5 milyon manat olub ki, bu da illik müqayisədə 22,5% çoxdur. Bunun 9,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 34,4% böyüyüb.

Hesabat dövründə “International"ın öhdəlikləri 24,5% artaraq 9,8 milyon manata, balans kapitalı isə 1,9% artaraq 772 min manata çatıb.

Xatırladaq ki, "International" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçisi 100% Rifat Həsənovdur.

©️ Report






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930