atatv.az
atatv.az

Dünyanın bu bölgəsi də koronavirusa qalib gəldi

19-05-2020, 16:23

Dünyanın bu bölgəsi də koronavirusa qalib gəldi

Dünyanın daha bir bölgəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

Atatv.az xəbər verir ki, Çin Xalq Respublikasının Makao Özəl İnzibati Bölgəsində infeksiyaya yoluxmuş 45 nəfər hamısı sağalıb.

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Makaonu koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca və Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Qrinland və Seyşel Adalarında da koronaviruslu xəstə qalmayıb.

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930