atatv.az
atatv.az

Deputatlardan spikerə MÜRACİƏT - Növbədənkənar sessiya çağırılacaq

20-05-2020, 15:22

Deputatlardan spikerə MÜRACİƏT - Növbədənkənar sessiya çağırılacaq

Növbədənkənar sessiyanın çağırılması üçün Milli Məclis deputatlarının imzaları parlamentin Sədrinə təqdim edilib.


Atatv.az-ın məlumatına görə, qanunvericiliyə görə, növbədənkənar sessiyanın çağırılması üçün ən azı 42 deputat iştirak etməlidir. Hazırda isə təqdim edilən deputat imzaları 42-dən çoxdur.


Milli Məclisin mayın 19-da keçirilən plenar iclası yaz sessiyasının sonuncu plenar iclası olaraq çağırılsa da, sonradan qərar dəyişdirilib.

Belə ki, yaz sessiyasının sonuncu iclasının mayın 31-də keçirilməsi qərara alınıb.


Həmçinin, “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabat Milli Məclisə daxil olub.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunda keçiriləcək iclasında qanun layihəsi və hesabat müzakirəyə çıxarılacaq.


Qanunvericiliyə əsasən, Milli Məclisin deputatlarının yay tətili isə iyulun 15-dən başlayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930