atatv.az
atatv.az

Bakıda bu binalar sökülür

20-05-2020, 17:14

Bakıda bu binalar sökülür


Bakıda 1 200-dən çox yararsız bina sökülüb.

Atatv.az-ın xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı Departamentindən bildiriblər.

Qeyd olunub ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqvilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər:

"Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtın bir çox rayonlarında istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam edir. Qərarda 3 mindən artıq binanın yararsız olduğu bildirib və bu günə kimi pilot layihə olaraq 1 200-dən çox yaşayış binası sökülərək müasiri ilə əvəz edilib. Hazırda bu işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Daha sonra sakinlər köçürüldükləri mənzildən sahəsinə görə 20 faiz daha artığına sahib olurlar".

Departamentdən əlavə olunub ki, bir neçə gün əvvəl Nərimanov rayonunda 1958-ci ilə aid qəzalı vəziyyətdə olan binanın eyvanı uçub. Həmin bina pilot layihəyə düşən ünvanların siyahısındadır və orada yaxın günlərdə söküntü işləri başlayacaq.Trend






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930