atatv.az
atatv.az

Gəncənin küçə və prospektlərində dezinfeksiya işləri davam edir

21-05-2020, 14:17

Gəncənin küçə və prospektlərində dezinfeksiya işləri davam edir

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır.

Bu gün Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin xüsusi təlimatlar almış əməkdaşları tərəfindən şəhərin mərkəzində, əhalinin sığlıq təşkil edən; Heydər Əliyev meydanında, Cavad xan küçəsində, Xan bağı və digər anoloji sahələrində dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, Nazirlər kabinetinin yanında yaradılan operativ qərargahın yeni qərarı ilə may ayının 18-dən ölkədə tədbiq edilmiş karantin rejimində yumşaldıcı qaydaya uyğun olaraq parklar, bulvarlar və digər istirahət guşələri sakinlər üçün yenidən açıq elan olunub. Bununla əlaqədar Gəncə şəhərindəki bütün parklarda, xiyabanlarda, bulvarda və əhali sıxlığı təşkil edən gəzinti ərazilərində bu qərara uyğun olaraq virusun yayılması əleyhinə tədbirlər görülür. Həmin ərazilərdə dezinfeksiya, qazonların kəsilməsi, sakinlərin ara məsafənin saxlanması nəzarəti və təmizlik işləri görülür.

AtaTv.az

Gəncənin küçə və prospektlərində dezinfeksiya işləri davam edir
Gəncənin küçə və prospektlərində dezinfeksiya işləri davam edir
Gəncənin küçə və prospektlərində dezinfeksiya işləri davam edir
Gəncənin küçə və prospektlərində dezinfeksiya işləri davam edir
Gəncənin küçə və prospektlərində dezinfeksiya işləri davam edir
Gəncənin küçə və prospektlərində dezinfeksiya işləri davam edir
Gəncənin küçə və prospektlərində dezinfeksiya işləri davam edir
Gəncənin küçə və prospektlərində dezinfeksiya işləri davam edir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930