atatv.az
atatv.az

Ceyranbatan Sutəmizləyici Qurğularında əsaslı bərpa və yenidənqurma işləri aparılır.

22-05-2020, 16:02

Ceyranbatan Sutəmizləyici Qurğularında əsaslı bərpa və yenidənqurma  işləri aparılır.


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin keyfiyyətli və dayanıqlı içməli
su ilə təmin olunması məqsədilə layihələrin icrasını davam etdirir. Bakı,
Sumqayıt şəhərləri və Abşeron rayonunun içməli su təchizatında böyük payı
olan Ceyranbatan Sutəmizləyici Qurğularında əsaslı bərpa və yenidənqurma
işləri aparılır.
1960-80-ci illərdə mərhələlərlə inşa edilmiş Ceyranbatan Sutəmizləyici
Qurğularının təmiz su anbarları uzun illər istismar olunub. Son dövrlərdə
anbarların istismar tələblərinə cavab verməməsi lazımi həcmdə su ehtiyatlarının
toplanmasında və istehlakçıların artan tələbatının ödənilməsində çətinliklər
yaradırdı. Bütün bunlar nəzərə alınaraq, Ceyranbatan Sutəmizləyici
Qurğularında emal olunan suların toplandığı anbarlarda əsaslı yenidənqurma
işləri həyata keçirilir.
Layihəyə əsasən, hər birinin tutumu 2100 kubmetr olan 5 su anbarının
yenidən qurulması, yeni siyirtmə kameralarının inşası, daha məhsuldar nasos
stansiyalarının quraşdırılması nəzərdə tutulur. Artıq 3 anbarda işlər yekunlaşıb,
digər 2 anbarda isə davam etdirilir. Görülmüş işlər çərçivəsində həmin
anbarların özül və divarları dəmir-beton konstruksiyalarla möhkəmləndirilib,
korroziyaya uğramış hissələr sökülərək beton örtüklə izolyasiya edilib.
Anbarların yararsız hala düşmüş üst plitələri tamamilə sökülərək dəyişdirilib.
Təmir-bərpa işləri çərçivəsində anbarların giriş-çıxış xətləri yenilənib, 14 ədəd
siyirtmə yenisi ilə əvəz olunub, 5 ədəd siyirtmə kamerası inşa edilib. Suyun
optimal paylanması məqsədilə qaldırıcı nasos stansiyasında 2 ədəd nasosun
quraşdırılması başa çatdırılıb. Nasos stansiyalarının enerji təchizatı məqsədilə
6 kilovoltluq transformator stansiyası da inşa edilib. Yeni nasosların
quraşdırılması suyun + 105 Saray anbarına qaldırılaraq buradan özüaxımlı
rejimdə paylanmasına imkan verəcək.
Ümumilikdə, layihə çərçivəsində indiyədək 240 kubmetr beton, 2700
kubmetr torpaq işləri görülüb. Yenidən qurulan və bərpa olunan anbarların
ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Bərpa və yenidənqurma
işləri yekunlaşdıqdan sonra bu mənbədən qidalanan ərazilərdə yaşayan əhalinin
içməli su təchizatında dayanıqlıq təmin olunacaq, xüsusən yay aylarında artan
tələbatın ödənilməsinə əlavə imkan yaranacaq.

AtaTv.az


Ceyranbatan Sutəmizləyici Qurğularında əsaslı bərpa və yenidənqurma  işləri aparılır.
Ceyranbatan Sutəmizləyici Qurğularında əsaslı bərpa və yenidənqurma  işləri aparılır.
Ceyranbatan Sutəmizləyici Qurğularında əsaslı bərpa və yenidənqurma  işləri aparılır.
Ceyranbatan Sutəmizləyici Qurğularında əsaslı bərpa və yenidənqurma  işləri aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031