atatv.az
atatv.az

Gəncədə sahibkarlarla səyyari (mövsümi) xidmətin təşkili müzakirə olunub

23-05-2020, 10:30

Gəncədə sahibkarlarla səyyari (mövsümi) xidmətin təşkili müzakirə olunub
Gəhər Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev səyyari (mövsümi) xidmətin təşkili ilə bağlı onlayn görüş keçirib. Onlayn görüşdə icra aparatının məsul şəxsləri, aidiyyatı qurumların rəhbərləri və şəhərdə faəliyyət göstərən sahibkarlar iştirak ediblər.

Səməd Tomuyev çıxış edərək bildirib ki, Gəncədə əhalinin ailəvi istirahəti üçün səyyari (mövsümi) xidmət yalnız xüsusi ayrılmış yerlərdə təşkil olunmalıdır. Bu zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələbləri mütləq şəkildə yerinə yetirilməlidir. Bununla yanaşı xüsusi karantin rejiminin tələbləri nəzərə alınmalı, sanitar-gigiyenik normalara əməl edilməlidir.

Videokonfrans zamanı səyyari (mövsümi) xidmətin təşkil edildiyi ərazilərin abadlaşdırılması, həmçinin təmiz saxlanılması məsələlərinə də toxunulub.

O da bildirilib ki, səyyari (mövsümi) xidmətin təşkil edildiyi məkanlar Gəncənin memarlıq üslubuna uyğun hazırlanmalı və şəhərin ümumi görünüşünə xələl gətirməməlidirlər. Bu məsələlərə sahibkarlar tərəfindən xüsusi diqqət yetirilməlidir.

Səməd Tomuyev bu sahələrdə çalışacaq şəxslərlə əmək müqavilələrinin bağlanılması məsələsinə də toxunaraq, mövzunun vacibliyini və aktuallığını bir daha xatırladıb.

Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri İlqar Əhmədov bildirib ki, şəhərin bütün əraziləri ilə yanaşı səyyari (mövsümi) xidmətin təşkil edildiyi məkanlar da mütəmadi dezinfeksiya olunacaq. Xüsusi qrafik üzrə aparılan dezinfeksiya işləri, bu sahələri də əhatə edəcək.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müvini Elşad Əsgərov qeyd edib ki, səyyari (mövsümi) xidmətin təşkil edildiyi ərazilərin təmizliyinin sanitar normalara uyğun olmasına xüsusi nəzarət olunacaq. Bununla yanaşı sözügedən ərazilərdə yaşıllıqların qorunması da diqqətdə saxlanılacaq.

Onlayn görüşün davamında sahibkarları maraqlandıran suallar cavablandırılıb.

AtaTv.az


Gəncədə sahibkarlarla səyyari (mövsümi) xidmətin təşkili müzakirə olunub
Gəncədə sahibkarlarla səyyari (mövsümi) xidmətin təşkili müzakirə olunub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031