atatv.az
atatv.az

Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"

25-05-2020, 18:59

  Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"

Ramazan bayramı münasibətilə İranın Azərbaycandakı səfiri Cahangirzadənin Azərbaycan xalqına olan təbriki Ermənistanda birmənalı qarşılanmayıb. Hörmətli səfirin  təbrikində səsləndirilən “İnşaallah yaxın gələcəkdə Qarabağın və Qüdsün azad edilməsi Azərbaycan xalqına sevinc bəxş edər” fikirlərini erməni mediası süngü ilə qarşılayıb, ermənilərə xəyanət kimi dəyərləndirib. 


Tez tarixi yada salıblar ki, İran guya tarixən Erməbistana və Qarabağa hücumlar edib, yerli əhalini əsir aparıblar. İranı hədəfə alan  erməni mediası yazır: 


"İran səfirinin təbrikləri cənub qonşumuzun xəyanətini bir daha nümayiş etdirdi. Bu qonşuya görə  Qərbdə Ermənistan dəfələrlə tənqidə məruz qalır. Axı, heç kəsə sirr deyil ki,  Qərbin ağır sanksiyaları altında olan İran dövlətinin demək olar ki, dünyaya yeganə pəncərəsi Ermənistandır. Bu gün ermənilərə görə İran ayaq üstə qalıb. Buna görə də Tehrandan "təşəkkür"ümüz bu oldu”.  


İranın mərkəzləşmiş bir dövlət olduğunu xatırladan ermənilər bu təbrikin İran XİN rəhbəri Zəriflə razılaşdırıldığını da vurğulayır.


Necə deyərlər, fakt göz qabağındadır. İranın özünə dost bildiyi ermənilər o iddiadadırlar ki, bu gün İran Ermənistana görə ayaq üstə qalıb və ermənilərə minnətdar olmaq əvəzinə Qarabağın azadlığını arzulayır. Burda deyərlər ki, “adımı sənə qoyaram, səni yana-yana qoyaram”. Ermənistanın quruda Gürcüstan sərhəddindən başqa yeganə çıxış yolu İrandır və  həm Ermənistan, həm də işğal olunmuş Qarabağdakı rejim üçün İran bir nəfəslikdir. 

 

Araz üstə körpülərə Azərbaycanın nəzarət etməsinin vaxtı çatmadımı?


Moderator.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031