atatv.az
atatv.az

Gürcü nazir erməni həmkarına əsəbiləşdi: İzahat tələbi…

25-05-2020, 20:42

Gürcü nazir erməni həmkarına əsəbiləşdi: İzahat tələbi…

Erməni həmkarımın Gürcüstanda koronavirusla bağlı vəziyyətə dair verdiyi açıqlamalar heç bir arqumentə əsaslanmır.

Bunu Gürcüstanın Səhiyyə naziri Ekaterina Tikaradze deyib.

O bildirib ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyanla əlaqə saxlamağı planlaşdırır:

“Həmkarımın açıqlamalarının səbəblərini ətraflı aydınlaşdırmaq üçün onunla əlaqə saxlanılacaq. Əgər onun hər hansı sualları var idisə, bizimlə əlaqə saxlaya bilərdi və biz onun bütün suallarına cavab verərdik. Erməni həmkarımın bəyanatları üçün nəyin əsas olması barədə bəzi sual və şübhələr yaranır”.

Nazir qeyd edib ki, Gürcüstandakı koronavirusla bağlı vəziyyət şübhə doğurmur: “Bunu yalnız göstəricilər deyil, ictimaiyyətin qiymətləndirmələri də təsdiqləyir”.

Qeyd edək ki, A.Torosyan bu yaxınlarda Gürcüstanda koronavirusla bağlı statistik göstəricilər və ölüm hallarının hesablanması metodologiyasının şəffaflığına şübhə ilə yanaşdığını bildirib. \\Report






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031