atatv.az
atatv.az

Azərbaycanda polisdə koronavirus aşkarlandı

27-05-2020, 13:35

Azərbaycanda polisdə koronavirus aşkarlandı


Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşında koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, rayon ərazisində xidmət aparan polis əməkdaşının səhhətində problem yarandığı üçün həkimə müraciət edib. Ondan götürülən testin nəticəsi pozitiv çıxıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumatı təsdiqləyib:

“Karantin rejiminə polislər nəzarət etdiyi üçün Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, rayon polis şöbələrinin əməkdaşları mütəmadi olaraq testlərdən keçirilir. Bununla da yoluxma halları müəyyən edilir. Bu yaxınlarda Gədəbəy Rayon Polis şöbəsininin əməkdaşları testdən keçirilərkən bir nəfərdə şübhələr yaranıb. Həmin polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Xəstəxanaya yerləşdirilən həmin polisin vəziyyəti hazırda yaxşıdır. Dərhal onun iş yoldaşları, ailə üzvləri və təmasda olduğu insanlardan nümunələr götürülüb və onlarda bu virus aşkarlanmayıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031