atatv.az
atatv.az

Azərbaycan erməni komandirin maşınını vurdu - Ermənistan mediası

27-05-2020, 15:45

Azərbaycan erməni komandirin maşınını vurdu - Ermənistan mediası


Ermənistan mediası Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində gərginlik olduğunu iddia edib.

Bu barədə Ermənistamım “Qraparak” qəzeti yazıb. "Bir gün əvvəl, Azərbaycan tərəfdən atılan atəş nəticəsində Ermənistan hərbi hissələrindən birinin batalyon komandirinin" Nissan Patriot "markalı avtomobili yanıb", - deyə qəzet bildirib.

"Atəş Naxçıvan tərəfdən, sərhədin 2018-ci ildən sonra düşmənin mövqelərini irəli çəkdiyi hissədən açılıb. Bundan əvvəl, aprelin 10-da daha oxşar hadisə qeydə alınıb. Onda atəş nəticəsində hərbi hissə komandirinin müavininin UAZ markalı avtomobili yanıb. Yaxşı ki, hər iki halda qurban olmayıb. Sonuncu hadisə Vayots Dzor bölgəsinin Areni kəndi yaxınlığında qeydə alınıb. Əslində mövqelərimizin hərəkəti düşmən üçün açıq şəkildə görünən və əlçatan olub.

Müdafiə Nazirliyinin mətbuat xidməti hadisə ilə bağlı rəsmi açıqlama verməyib, lakin hadisə barədə məlumat təsdiqlənib. Bizə bildiriblər ki, düşmən böyük kalibirlı pulemyotlardan atəş açıb, sürücülər uzaqlaşmağı bacarsalar da, avtomobillər tamamilə yanıb və artıq istifadəyə yararsız hala düşüblər”,- deyə qəzet vurğulayıb.

Qeyd edək ki, 2018-ci ilin may ayında Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Şərur rayonunun Günnüt kəndi və onun ətrafındakı Xunut (2065 metr), Qızılqaya (1683 metr) və Mehridağ (1869 metr) strateji yüksəllikləri bölmələrimizin nəzarəti altına keçib. /Virtualaz.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031