atatv.az
atatv.az

Ramil Səfərovla bağlı RƏSMİ AÇIQLAMA

27-05-2020, 16:35

Ramil Səfərovla bağlı RƏSMİ AÇIQLAMA

Avropa İnsan Hüquqları Məhkəməsinin "Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı" işinə dair qərarı gözlənilən idi.

Atatv.az-ın xəbərinə görə, bunu Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki (AİHM) səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

Onun sözlərinə görə, qərarda obyektiv olaraq müəyyən edilib ki, Azərbaycan Respublikası bu məsələ ilə bağlı heç bir beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz:

"Avropa Məhkəməsi də bu qərara gəlib və mən onunla razıyam. Çünki əvvəllər AİHM tərəfindən həyat hüququ və ayrı-seçkiliyin qadağan edilməsini nəzərdə tutan Avropa Konvensiyasının 2 və 14-cü maddələri üzrə həlledici qərarlar qəbul edilib. Amma mən erməni tərəfinin qərarı necə şərh etməsi ilə razı deyiləm. Bu, yaşamaq hüququnun maddi aspektinin pozulması məsələsinə aiddir".

Ç.Əsgərov qeyd edib ki, prosessual olaraq Ramil Səfərovun Azərbaycana qayıtmasından sonra baş vermiş hadisələrə gəlincə, bununla bağlı Avropa Məhkəməsinin presedent hüququ mövcuddur.

"Bununla bağlı artıq qərar qəbul edilib. Biz belə bir qərarın veriləcəyini gözləyirdik. Həmçinin qeyd edim ki, Avropa Məhkəməsinin qərarında ərizəçilərlə bağlı hər hansı kompensasiya məbləği müəyyən edilməyib. Yalnız məhkəmə xərcləri müəyyən olunub. Maddi və mənəvi ziyanla bağlı məbləğ müəyyən edilməyib və bunu nəzərə almaq lazımdır", - deyə Ç.Əsgərov vurğulayıb.Azvision.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031