atatv.az
atatv.az

Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxdu - 103 pasiyent sağaldı, ikisi vəfat etdi

29-05-2020, 18:33

Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxdu - 103 pasiyent sağaldı, ikisi vəfat etdi

Azərbaycan Respublikasında 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 103 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3125 nəfər müalicə olunaraq sağalmış, 58 nəfər vəfat etmiş, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289.603 test aparılmışdır.

Milli.Az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031