atatv.az
atatv.az

Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir

30-05-2020, 14:34

Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir


Hazırda işlər şəhərin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektləri, habelə Məmməd
Xələfov küçəsində aparılır. Adıçəkilən ərazidə binaların həyətləri abadlaşdırılır, səkilərdə
səligə-səhman yaradılır, yol kənarlarındakı yaşılııq zolaqları bərpa edilir. İşlərin gedişatına
Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunur.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Təsərrüfat
işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamaran Məhərrəmov sözügedən əraziyə baş
çəkiblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı əsasında
əraziyə gələn rəsmilər, işlərin gedişatı ilə yerində tanış olublar.
İşlər xüsusilə Məmməd Xələfov küçəsində geniş vüsət alıb. Burada çoxmənzilli binaların
qarşısındakı yaşıllıq zolaqları bərpa edilir, səkilərə bardür daşları düzülür, ehtiyac olan
hissələrdə yolun asfalt örtüyü bərpa edilir. İri gövdəli ağacların yola tərəf əyilən və yol
nişalarının görünməsinə mane olan budaqları budanır. Əraziyə Gəncə Şəhər Mənzil
Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb
olunub.
Abadlıq-quruculuq işləri Gəncədə inşası davam edən yeni modul tipli xəstəxananın
ətrafında da aparılır. Səməd Tomuyev və Kamran Məhərrəmov qeyd edilən ərazidə də
olublar. Onlar burada iş icraçıları görüşüb, öz tapşırıq və tövsiyyələrini veriblər.

AtaTv.az



Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir
Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir
Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir
Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir
Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031