atatv.az
atatv.az

Türkiyə parlamentinin sədri Sahibə Qafarovaya zəng etdi

31-05-2020, 14:30

Türkiyə parlamentinin sədri Sahibə Qafarovaya zəng etdi


Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.



Atatvaz-ın xəbərinə görə, bu barədə Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarova öz "Twitter" səhfəsində məlumat verib. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop həm öz adından, həm də Türkiyə Böyük Millət Məclisinin üzvləri adından Milli Məclisin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 may - Respublika günü münasibəti ilə təbrik edib.



Milli Məclisin sədri Sahibə Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031