atatv.az
atatv.az

Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu

31-05-2020, 15:50

Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu


Sosial şəbəkələrdə Sumqayıt Telekommunikasiya Qovşağının iki əməkdaşının koronavirusa yoluxduğu ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, qurumun koronavirus infeksiyası aşkarlanan əməkdaşlarından biri qadın, digəri isə kişidir. Onların karantinə alındığı deyilir.

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov Xeberle.com-a açıqlamasında faktı təsdiqləyib:

“Qovşağın virusa yoluxan iki əməkdaşından biri qrip olduğu üçün işə gəlmirdi və müayinə olunub. Koronavirusla bağlı müayinə nəticələri pozitiv çıxıb. Digər yoluxan əməkdaşla təmasda olduğu iş yoldaşları da müayinə olunub və nəticələr neqativ çıxıb. Həmin işçilərin otaqları və ümumilikdə qovşağın daxili, ətraf yenidən dezinfeksiya olunub”.

Qeyd edək ki, rəsmi məlumata görə, Sumqayıtda indiyədək 250 nəfər koronavirusa yoluxub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031