atatv.az
atatv.az

Milli Məclis tarixində bir İLK OLDU

1-06-2020, 12:27

Milli Məclis tarixində bir İLK OLDU

Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin plenar iclaslarında cari məsələlərin müzakirəsi üçün 1 saat vaxt ayrılmasını istəyib.

Atatv.az xəbər verir ki, bu təkliflə A.Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Deputat daha sonra spiker Sahibə Qafarovaya təşəkkür edib:

“Bu gün gündəlikdən əvvəl cari məsələyə yazılan bütün deputatlara söz verməyiniz parlament tarixində bir ilkdir. Bunun üçün təşəkkür edirəm. Digər bir təklifim isə belədir ki, deputatlara verilən 10 dəqiqəlik vaxtı 5 dəqiqəyə endirək. Beləliklə, hər kəsin danışmaq imkanı olsun”.

Spiker isə bildirib ki, cari məsələlərə ayrılan vaxtı 1 saat edə bilməyəcək:

“İmkan olanda deputatlara danışmaq üçün vaxt verirəm. Bu gün gündəlikdə bir məsələ olduğu üçün mən söz üçün yazılan hər kəsə bu imkanı verirəm. Digər tərəfdən deputatların 10 dəqiqəlik çıxışlarını isə lazım olduğu halda 5 dəqiqəyə endiririk. Ötən dəfə də bu məsələyə reaksiya verəndə dedim ki, 30 ildir niyə bu məsələni qaldırmırdınız? Bunu media da yazdı. Doğrudan da mənə qəribədir ki, indiyə qədər bu məsələlər addım-addım həll edilsəydi, təkliflər səsləndirilsəydi, mən də bu gün hansısa qərarlara gələ bilərdim”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031