atatv.az
atatv.az

Kamran Əliyev onlara yeni vəzifə verdi

1-06-2020, 15:18

Kamran Əliyev onlara yeni vəzifə verdi


Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Tural Aslanov və Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Həsən Mahmudov tutduqları vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Elxan Novruzov isə tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifələrinə təyin edilib.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Neftçala rayon prokuroru Aydın Əliyev tutduğu vəzifədən azad olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031