atatv.az
atatv.az

Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi

2-06-2020, 18:24

Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi


Azərbaycanda 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Qafqazinfo"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309.901 test aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031