atatv.az
atatv.az

Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ

3-06-2020, 09:08

Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ

Mayın 29-da Günəşdə baş verən partlayış insanların həyatına nəzərəçarpacaq dərəcədə təsir göstərə bilməz. Eyni zamanda, bu, daha güclü partlayışların ola biləcəyindən xəbər verir.

“İzvestiya” xəbər verir ki, bunu Pulkovo Rəsədxanasının baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Georgi Qonçarov deyib.

Onun sözlərinə görə, Günəşin dövretməsi 11 ​​il davam edir, əvvəlki maksimal Günəş aktivliyi 2014-cü ildə qeydə alınıb:

“Yeni Günəş dövrü başlayır. Günəş fəaliyyətinin pik həddinə hələ çox var, bu, 2025-ci ildə gözlənilir”.

O əlavə edib ki, son vaxtlar nəzərəçarpan Günəş partlayışları müşahidə olunmur.

Son Günəş partlayışının 2017-ci ilin oktyabrında baş verdiyi bildirilir. “M” (orta) ölçülü partlayış “Solar Dynamics Observatory” tərəfindən qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031