atatv.az
atatv.az

Bibiheybət yolu bu tarixdə açılacaq - RƏSMİ

3-06-2020, 10:12

Bibiheybət yolu bu tarixdə açılacaq - RƏSMİ

Keçən il sürüşmə nəticəsində yararsız vəziyyətə düşən Bibiheybət yolunda hərəkətin bərpasına başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

O bildirib ki, yolun hər iki istinad divarında artıq tikinti işləri yekunlaşıb:

"Bu gündən yolun hərəkət hissəsinin bərpasına başlanılıb. Yaxın günlərdə asfaltlanma işləri görüləcək. Planlaşdırmışıq ki, növbəti həftədə Bibiheybət yolunu istifadəyə verək. Orada yamacın aşağısında və yuxarısında istinad divarları inşa olunurdu. Hər iki istinad divarında artıq tikinti işləri tamamlanıb".

Qeyd edək ki, Bibiheybət yolu ötən ilin noyabrında Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisindəki avtomobil yolunda çökmə olub. Hadisə nəticəsində yol yararsız vəziyyətə düşüb. / Trend.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031