atatv.az
atatv.az

DİM-dən bu fənlər üzrə imtahanlara düşəcək mövzularla bağlı AÇIQLAMA

3-06-2020, 15:37

DİM-dən bu fənlər üzrə imtahanlara düşəcək mövzularla bağlı AÇIQLAMA



Dövlət İmtahan Mərkəzi Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə imtahan verən abituriyentlərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan təhsil proqramına əsasən, bu ilin mart-iyun aylarında tədrisi nəzərdə tutulan mövzular qəbul imtahanı proqramından çıxarılıb və həmin mövzular DİM-in internet saytında yerləşdirilib.

Bəzi abituriyentlər və orta ümumtəhsil məktəblərində Azərbaycan tarixi və ümumi tarix fənlərini tədris edən müəllimlər tərəfindən bu iki fənn üzrə proqramdan çıxarılan mövzuların mart-iyun aylarında tədris edilən mövzuları tam əhatə etmədiyinə dair DİM-ə müraciətlər daxil olub.

Dövlət İmtahan Mərkəzi bu müraciətlərlə əlaqədar olaraq bildirir ki, hazırda qüvvədə olan təhsil proqramına əsasən, ümumi təhsil müəssisələrində Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə XI sinifdə IX sinifdə tədris olunmuş mövzuların genişləndirilərək mənimsənilməsi nəzərdə tutulur. Buna görə də cari ildə keçiriləcək qəbul imtahanlarında Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə mart ayından etibarən keçirilməli olan mövzulara aid test tapşırıqları həmin mövzular üzrə IX sinif dərsliklərində yer almış biliklərə əsaslanacaq.

Digər bütün mövzular üzrə test tapşırıqlarında isə VI-XI sinif dərsliklərinə istinad ediləcək. Mart ayından etibarən XI sinifdə tədris olunmayan bəzi mövzuların adlarının qəbul proqramından çıxarılan mövzular arasında göstərilməməsi bununla bağlıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031