atatv.az
atatv.az

Müstəqil Xalq Partiyası karantin rejiminin sərtləşdirilməsini doğru addım hesab edir -- RƏY

5-06-2020, 10:09

Müstəqil Xalq Partiyası karantin rejiminin sərtləşdirilməsini doğru addım hesab edir -- RƏY


"Virusa qarşı etinasız münasibət yolverilməzdir və pandemiayaya qarşı əldə etdiyimiz uğurları sonadək tam olaraq qoruyub saxlamalıyıq"

Azərbaycanda karantin rejiminin yenidən sərtləşdirilməsi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarda göstərilən şərtlərə Müstəqil Xalq Partiyası münasibət bildirib. Partiyadan araz.az-a daxil olan məlumata görə, MXP rəhbərliyi karantin rejiminin gücləndirilməsini doğru addım hesab edir: "Cox yaxşı oldu ki, hökumət pandemiyanın ilk günlərindən karantin rejimi tətbiq etdi və qəbul etdiyi tutarlı qərarlar nəticəsində, ötən müddətdə, vəziyyəti nəzarət altında saxlamağı bacardı. Ölkənin karantin rejimindən mərhələli çıxmaq planının öz müsbət nəticələrini verməsi göz qabağında oldu. Pandemiyanın nəzarətdə saxlanması, onun qısa müddətdə aradan qaldırılması istiqamətində dövlət tərəfindən bütün zəruri və təxirəsalınmaz addımlar atıldı və atılmaqda davam etdirilməkdədir. Bir sözlə, həyatımızın yenidən pandemiyadan öncəki dövrə qayıtması üçün, dövlət səviyyəsində nə lazımdırsa, o da edildi. Ölkə başçısı İlham Əliyev cənabları, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva keçirdikləri hər görüşlərində, etdikləri hər bir çıxışlarında xalqa müraciət edərək, üzləşdiyimiz bu bəladan qısa müddət ərzində xilas olmaq üçün tətbiq olunan qaydalara ciddi əməl edilməsini, bu həssas məqamda hər bir vətəndaşın məsuliyyətli olmasını, bu yolla özlərini, uşaqlarını və digər doğma-yaxınlarını qoruyaraq, bu ağır vəziyyətdən az itkilərlə çıxmalarını onlardan xahiş etdilər. Dövlət rəhbərləri dəfələrlə bəyan etdilər ki, biz birlikdə güclüyük, elə, üzləşdiyimiz bu ağır problemə birlikdə də qalib gələ bilərik. Beləcə, biz bu çətinliklə mübarizədə uduzmadıq.
Lakin koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan qaydalara və tövsiyyələrə əməl etməyən bəzi ölkə vətəndaşlarının məsuliyyətsizlik nümayiş etdirmələri ucbatından, son vaxtlar, biz COVİD-19-a yoluxma sayının artmasını müşahidə etməkdəyik. Məsuliyyətsiz davranışların ac nəticə isə, göz qabağındadır. Təəssüflər ki, karantin rejiminin yumşaldılmasından sonra, epidemiyaya yoluxanların və sağalanların sayında ciddi fərq yaranır; Yəni, son günlər koronavirusa dinamik olaraq yoluxanların sayı sağalanların sayını üstələyir, ölənlərin və ağır xəstələrin də sayı artır. Proses belə davam edərsə, bir müddətdən sonra çox çətin tibbi və səhiyyə problemləri ilə üzləşə bilərik.
Bir də ki, karantin rejiminin gücləndirilməsinin və sərtləşdiirlməsinin digər bir səbəbi də, həftə sonu sərbəst olan insanların lazım olmayan hallarda daha çox, koronavirusun yayılmasına münbit şərait yaradan alış-veriş məntəqələrinə, mağazalara, restoran və kafelərə toplaşmasıdır. Bir daha deyirik ki, qorxulu bir virusa qarşı etinasız münasibət yolverilməzdir və pandemiayaya qarşı əldə etdiyimiz uğurları sonadək tam qoruyub saxlamaq hər birimizin vətəndaş borcumuz olmalıdır. Məhz buna görə də,
karantin rejiminin yenidən sərtləşdirilməsi barədə hökumətin hazırladığı təklifləri, bir siyasi qurum olaraq, dəstəkləyirik. Elə, götürək, hər
həftənin son iki gününü əhatə edəcək
tam qapanma barədə hökumətin qərarını. Bu, birbaşa, vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır və hamı tərəfindən dəstəklənməlidir. Bu məqamlarda hər kəs ölkəmizdə kifayət qədər ərzaq ehtiyatının, həmçinin virus düşməni maskaların və spirt qarışıq məhlulların olmasına görə də rahat olmalıdır".
Müstəqil Xalq Partiyası pandemiya ilə əlaqədar qaydaların sərtləşdiirlməsinə münasibət açıqlayarkən hər bir Azərbaycan vətəndaşını öz şəxsi məsuliyyətini hiss etməyə, Operativ Qərargahın tələb və tövsiyələrini yerinə yetirməyə çağırıb: "Gəlin, sağlam gələcəyimiz və təhlükəsizliyimiz naminə qaydalara ciddi riayət edək. Ölkə başçısının və Birinci vtse-prezidentin səslərinə səs verib, birlikdə güc olaq, dünyanı cənginə alan pandemiya təhlükəsindən qalib çıxaq. Yoxsa,
insanların koronavirus epidemiyasına yoluxması daha ciddi fəsadlar, çətinliklər yarada bilər. Bu yaxınlarda, Tərtərdəki Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edən dövlət başçısının maskadan istifadə etməsi də, hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır!".


AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031