atatv.az
atatv.az

Milli Məclis korrupsiyaya qarşı mübarizə aparacaq deputatları seçir - ADLAR

5-06-2020, 11:05

Milli Məclis korrupsiyaya qarşı mübarizə aparacaq deputatları seçir - ADLAR


Milli Məclis bu gün növbədənkənar sessiyanın növbəti plenar iclasına toplaşacaq. Modern.az saytının məlumatına görə, iclasın gündəliyinə 4 məsələ daxildir. Bunlar aşağıdakılardı:



1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında.

2.“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

3. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar Əminə Ağazadə, Elşad Mirbəsiroğlu, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Şəfa Mirzəyevin Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin olunacağı gözlənilir.


Qeyd edək ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.


Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilib və fəaliyyət göstərir.


Komissiyanın 5 üzvü Azərbaycan Prezidenti tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.


Hazırda Komissiyanın sədri, Prezident Adsministrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevdir.


Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi hazırda aşağıdakı kimidir:


Azərbaycan Repsublikası Prezidenti tərəfindən təyin olunmuş Komissiya üzvləri:
Ramiz Mehdiyev Komissiyanın sədri
Vilayət Eyvazov Azərbaycan Respublikasının Daxili işlər naziri
Şahin Əliyev Prezidentinin Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Fuad Ələsgərov Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri
Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunmuş Komissiya üzvləri:
Ziyafət Əsgərov Milli Məclisin deputatı
Əli Əhmədov Azərbaycan Respublikasının Baş nazirinin müavini
Lətif Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi
Əli Hüseynov Milli Məclisin I vitse-spikeri
Bəxtiyar Əliyev Milli Məclisinin deputatı

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş Komissiya üzvləri:
Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Fikrət Məmmədov Məhkəmə Hüquq Şurasının Sədri, Ədliyyə naziri
Zakir Qaralov Keçmiş baş prokuror
Ramiz Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Kamal Cəfərov Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031