atatv.az
atatv.az

Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də “Su təsərrüfatı və meliorasiya işçiləri günü”nə həsr olunmuş video konfrans keçirilib.

5-06-2020, 14:26


Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də “Su təsərrüfatı və  meliorasiya işçiləri günü”nə həsr olunmuş video konfrans keçirilib.


“Su təsərrüfatı və meliorasiya işçiləri günü” Prezident İlham Əliyevin 2014-cü il
14 may tarixli Sərəncamı ilə təsis edilib və hər il iyunun 5-də qeyd olunur.
iyunun 5-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də “Su təsərrüfatı və
meliorasiya işçiləri günü”nə həsr olunmuş video konfrans keçirilib. Onlayn
konfransda ASC aparatı əməkdaşlarının və rayon idarələrinin rəhbərləri iştirak
edib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov
bildirib ki, konfransda çıxış edən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-
nin sədri Əhməd Əhmədzadə melioratorları peşə bayramları münasibətilə təbrik
edib, ölkədə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin
böyük və tarixi xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, bu siyasət indi Ulu
Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Bunun nəticəsi olaraq mövcud meliorasiya və irriqasiya obyektlərinin
istismarı xeyli yaxşılaşıb, sahənin maddi-texniki bazası gücləndirilib.
Əhməd Əhmədzadə ötən il görülən işlərdən söz açıb, bu il həyata keçiriləcək
layihələri diqqətə çatdırıb. Bildirilib ki, cari ildə 1415 min hektar sahədə kənd
təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulub. Bu il mayın 25-dək taxıl
bitkiləri 522 min hektar sahədə 1,9 dəfə suvarılıb, 69 min hektar sahədə pambıq
bitkisinin arat suvarılması aparılıb. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması
davam etdirilir. Respublikanın 39 şəhər və rayonunun 338 yaşayış məntəqəsində
10712 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq
torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının
ödənilməsi üçun cari ildə qazılması nəzərdə tutulmuş 443 ədəd subartezian
quyusunun layihə-smeta sənədləri hazırlanıb və 45 ədəd subartezian quyusunda
qazma işləri başa çatdırılıb.
Şəmkir su anbarı zonasında tikintisi başa çatmış Şəmkir-Samux-Goranboy
magistral kanalının 2-ci növbəsinin zonasında 4000 hektar və su anbarından su
götürən magistral kanallardan 2000 hektar sahəyə suvarma suyunun səmərəli
paylanılması və su itkilərinin qarşısının alınması məqsədilə beton üzlüklü və boru
kəməri ilə paylayıcı kanalların tikintiləri davam etdiriləcək.
Sabirabad rayonunda qış otlaq sahələrində meliorativ tədbirlər və Araz çayının
Yeni qol kanalı zonasında kollektor-drenaj şəbəkəsinin və paylayıcı kanalların
tikintisi işlərini davam etdirməklə Sabirabad və Biləsuvar rayonlarının 10950
hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılacaq, Saatlı və İmişli
rayonlarının torpaq sahələrinə Araz çayının Yeni qolundan suyun verilməsi üçün
21 min hektar sahədə paylayıcı kanallar və 10 min hektara yaxın sahədə suyığıcı
kollektorların tikintisinin başa çatdırılması nəzərdə tutulur.
Uzunluğu 73 kilometr olan Abşeron magistral kanalının suburaxma qabiliyyətinin
artırılması məqsədilə onun qalan son 11 kilometrlik hissəsinin yenidənqurulması
ilə bu ərazilərdə zeytun, badam və digər kənd təsərrüfatı bitkilərinin becərilməsi
üçün yeni yaradılmış istixanaların, aqroparklara və iri təsərrüfatlara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə və mövcud əkin sahələrinin su
təminatının yaxşılaşdırılmasına imkan yaranacaq.
Taxtakörpü su anbarı zonasında Şabran rayonunun suvarılan torpaq sahələrinin
əsas su mənbəyi olan Vəlvələçay-Taxtakörpü kanalından sugötürücü qurğunun
tikintisi və sudurulducu tutarın yaradılması, həmçinin suyun suvarma sahələrinə
çatdırılması üçün iki ədəd magistral boru xəttinin tikintisi işləri davam etdiriləcək.
Əhməd Əhmədzadə qeyd edib ki, ölkənin kənd təsərrüfatının inkişafında xüsusi rol
oynayan aqroparklara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin olunması
işləri davam etdiriləcək. Belə ki, 2019-cu ildə tikinti işlərinə başlanılmış
“Azərşəkər” MMC-yə məxsus Yevlax və Goranboy rayonlarında 2960 hektar və
Ağcabədi rayonunda 2500 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin
edilməsi işləri başa çatdırılacaq.
Ağsu, Biləsuvar, Qazax, Ağstafa rayonlarında 4000 hektara yaxın torpaq sahəsinin
su təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının tikintisi işləri
aparılacaq. Masallı rayonunda 24 və Şamaxı rayonunda 7 sututarda zəruru təmir
işlərini başa çatdırmaqla 4500 hektar əkin sahələrinin su təminatının
yaxşılaşdırılması nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə suvarma suyundan səmərəli
istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə mövcud torpaq
məcralı kanalların modernləşdirilməsi məqsədilə onların yenidən qurulmasının
layihə sənədlərinin hazırlanması və tikinti işlərinin yerinə yetirilməsi nəzərdə
tutulur.
ASC sədri bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları
ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün,
üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının
inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət proqramları və Tədbirlər
planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan
Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji
Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə
tutulub. Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və
meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə
verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq
məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin,
hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının
zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına
onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaq.
Qeyd olunub ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan
karantin rejimi dövründə tənha yaşlılara və digər həssas əhali qruplarına ərzaq
yardımlarının göstərilməsi davam edir. Bu istiqamətdə sosial dəstək aksiyaları
keçirən sosial tərəfdaşlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
ASC-dir. Cəmiyyət tərəfindən Bakı şəhəri də daxil olmaqla, 56 rayon və şəhərdə
yerləşən Cəmiyyətin yerli idarə və təşkilatları tərəfindən, ümumilikdə, 5350 tənha
yaşlıya və aztəminatlı ailəyə ərzaq yardımı verilib. Ərzaq payları sosial
xidmətçilərlə birgə tənha yaşlıların, aztəminatlı ailələrin evlərinə aparılaraq onlara
çatdırılıb.

Əhməd Əhmədzadə Prezident İlham Əliyevin su təsərrüfatı və meliorasiya
sistemində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşı təltif etdiyini diqqətə
çatdıraraq, melioratorların bu diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklərini
bildirib.
Sonra digər çıxışlar olub. Çıxış edənlər su təsərrüfatı və meliorasiya işçilərini peşə
bayramları münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin bilavasitə
rəhbərliyi və dəstəyi ilə yaradılmış güclü potensiala malik meliorasiya və su
təsərrüfatı kompleksinin hazırda Prezident İlham Əliyevin xüsusi diqqəti
nəticəsində daha da inkişaf etdirildiyini bildiriblər.
Melioratorlar, həmçinin su təsərrüfatı və meliorasiya işçilərinin bir qrupunun təltif
olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, qarşıya
qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi istiqamətində bundan sonra da səylə
çalışacaqlarına söz veriblər.

AtaTv.az

Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də “Su təsərrüfatı və  meliorasiya işçiləri günü”nə həsr olunmuş video konfrans keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031