atatv.az
atatv.az

Koronavirusun müalicəsinə kömək edən preparat

6-06-2020, 10:41

Koronavirusun müalicəsinə kömək edən preparat


“Famotidin” preparatının qəbulu koronavirusa yoluxan xəstələrin müalicəsinə müsbət təsir edir.



Atatv.az “RİA Novosti” xəbər verir ki, bununla bağlı “Gut” jurnalında alimlərin apardığı tədqiqatın yekunlarına dair məqalə dərc edilib.



Araşdırmada COVID-19-a yoluxmuş 10 xəstə iştirak edib. Onlar xəstəlik müddətində “Famotidin” qəbul ediblər.



Qeyd edək ki, “Famotidin” mədə qıcqırmasına qarşı istifadə olunan dərmandır.



Alimlər pasiyentlərin “Famotidin”in 80 milliqramlıq dozasını orta hesabla gündə üç dəfə, 11 gün ərzində qəbul etdiyini yazır.



On pasiyentin hamısı bildirib ki, “Famotidin”in qəbulundan sonra özlərini yaxşı hiss etməyə başlayıblar. Xəstələrin səhhətində yaxşılaşma əlamətləri ilk 24 saatda özünü büruzə verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031