atatv.az
atatv.az

“Sərtləşdirilmiş karantin rejiminin pozulması faktı qeydə alınmayıb” – DİN-dən açıqlama

6-06-2020, 11:19

“Sərtləşdirilmiş karantin rejiminin pozulması faktı qeydə alınmayıb” – DİN-dən açıqlama


“İyunun 6-ı saat 00.00-dan indiyə qədər sərtləşdirilmiş karantin rejimi qaydalarını pozan şəxs qeydə alınmayıb”.

Atatv.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, hələlik polis tərəfindən sərtləşdirilmiş karantin rejiminin pozulması faktı qeydə alınmayıb və cərimə olunan yoxdur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031