atatv.az
atatv.az

Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ və mövcud ictimai-siyasi sistemə daxili və beynəlxalq yanaşma üzrə Müstəqil Xalq Partiyasının siyasi baxışları

6-06-2020, 19:23

Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ və mövcud  ictimai-siyasi sistemə daxili və beynəlxalq yanaşma üzrə Müstəqil Xalq Partiyasının siyasi baxışları

Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində keçirilən prezident və parlament seçkiləri ilə bağlı proqram xarakterli vacib məqamlara toxunması partiya üzvlərinin dəstəyini qazanmışdır.
Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkilərini prezident düzgün olaraq bir şou və təlxəklər tamaşası adlandırmışdır. Dünyanın hər bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı və tanımadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı.
Məhz buna görə də Prezident İlham Əliyev düzgün olaraq Avropa Şurası tərəfindən dövlətin müstəqilliyinə və milli hissiyatına toxunan Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədləri bir kağız parçası hesab edir. Avropanın daxilində və hazırda Amerikada baş verənlərə göz yuman ve heç bir siyasi münasibət bildirməyən, Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalan Avropa Şurasıənın qəbul etdiyi qərəzli sənədlərə bundan başqa nə ad vermək olar. Bu gün beynəlxalq aləmdə ümumilikdə isə islam dünyasında baş verənlər sübut edir ki, Avropa Şurasının məqsəd və məramı siyasi məzhəkəçilikdən ibarət olmaqla xırda dövlətlərin daxilində baş qaldıran qiyamçı qüvvələri dəstəkləməklə onların daxili işlərinə müdaxilə etmək. Dövlətləri parçalamaq və xaos yaratmaqdan ibarətdir.
Müstəqilliyinin 30 ili ərzində iqtisadi cəhətdən inkişaf etmiş, hərbi potensialını gücləndirmiş Azərbaycan kimi bir dövlət qonşularımızla yanaşı Avropada da bir qıcıq yaratmış, torpaqlarının işğaldan təmizlənməsinə, iqtisadi qüdrətinin möhkəmlənməsinə daim maneçilik cəhtləri göstərilir.
Ölkə Prezidenti tərəfindən bütün bunlara vaxtında və düzgün siyasi qiymət verilir, ölkə vətəndaşlarının təhlükəsizliyinin və sağlamlığının qorunması üçün təqdirəlayiq tədbirlər görülür. Mərhələlərlə işğal olunmuş torpaqlarımızın beynəlxalq səviyyədə tanınması və haqq ugrunda mübarizəmizə beynəlxalq ictimai dəstəyin qazanması üçün düzgün siyasi gedişlər edilir.
Torpaqlarımızın işğaldan təmizlənməsi, iqtisadiyyatımızın, hərbi gücümüzün dahada möhkəmləndirilməsi, əhalinin sosial təminatının yaxşılaşdırılması naminə ölkə prazidenti tərəfindən başlanan islahatlara bütün siyasi partiyalar və ölkə vətəndaşları dəstək olmalıdır.
Belə ki, Azərbaycan Resüpublikasında çoxpartiyalı sistem (qeydiyyatdan keçmiş 59 siyasi partiya) mövcuddur və bu partiyaların əksəriyyəti dövlət idarələrinə seçilmiş və təmsilçilik hüququ qazanmışdir. Hakim partiya ilə yanaşı təmsilçilik əldə edən bu partiyalar parlamentli sistemdə hakimiyyətin tarazlığını saxlayır. Müvafiq təcrübəyə uyğun olaraq üç və daha artıq partiyanın mövcud olduğu hallarda, onlardan hər hansı birinin hakimiyyəti qazanması mümkün deyil və onlar hökumət koalisiyası təşkil etmək üçün bir-birləri ilə birgə çalışırlar ( İrlandiya, Almaniya Respublikaları və s.).
Siyasi baxışıma uyğun olaraq bunları deməyimin əsas məqsədi ondan ibarətdir ki, torpaqlarımızın 20%-i işğal altındadır. Beynəlxalq səviyyədə müəyyən maraq, dini separatizim və fikir ayrılıqları daxilində siyasi baxışlar və bunlarında arxasında dağıdıcılıq fəaliyyəti hökm sürür. Buda bizim hamımıza son zamanlarda neft ölkələrində baş verən hadisələdən tam aydındır.
Ona görə də bu siyasi məngənə çərçivəsində dövlətimizin müstəqilliyinin qorunması, vətəndaşlarımızın birliyinin təminn olunması, real mövcud vəziyyətə uyğun olaraq siyasi baxışlarımızın vətəndaşlarımıza düzgün təlqin olunması üçün hər bir siyasi partiya bu ruhda fəaliyyət göstərməli və dövlətçilikdə təmsil olunmalıdır.
Bu gün biz bir siyasi partiya olaraq qarşımıza qoyduğumuz əsas siyasi məqsədlərimizdən biri bundan ibarətdir və hər bir partiya üzvü bu ruhda frəaliyyət göstərir. Bütün vətəndaşlarımızı və partiya silahdaşlarımı fövqəladə vəziyyət yaşayan respublikamızın dövlət sərhədlərinin bərpa olunması, beynəlxalq arenada layiqincə təmsil olunmamız məqsədi ilə dövlətimizin onun layiqli Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə dəvət edirəm.
Siyasi partiya kimi müəyyən siyasi qrupların və mühacirlərin sosial şəbəkələrdə səsləndirdikləri və mənbəyi bəlli olmayan iyrənc fikirlərin əleyhinəyik. Bu fikirlər dövlət daxilində siyasi və iqtisadi tarazlığın yaranmasına deyil, xarici maraqlı firqələrin dəstəyinə arxalanıb dövlətçiliyin parcalanmasına, xaos, anarxiya yaradılmasına xidmət edir. Kiminsə siyasi baxışlarına və ya maddi maraqları daxilində narazı qalması sosial şəbəkələrdə iyrənc fikirlərlə çıxışlar etməsinə əsas vermir, milli və vətəndaşlıq baxımından ən azı ictimai qınağa səbəb olmalıdır. Siyasi partiyalar və vətəndaşlar bu qınağın yaradıcılarına çevrilməli və sosial şəbəkələrdə bu cür fikirləri səsləndirənlərə dərhal ictimai qınaq daxilində münasibətlərini bildirməlidirlər. Bu cür münasibət iyrənc fikir səsləndirənlərin tərbiyələndirilməsinə və xarici düşmənlərimizə millətimizin bütövlüyünün parçalanmayacagına siyasi mesaj hesab olunur.

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının sədri







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031