atatv.az
atatv.az

Bir neçə saat Şirvan polis şöbəsində

7-06-2020, 16:43

Bir neçə saat Şirvan polis şöbəsində

Bəzi adi başlanan günlər olur ki, sonralar sənin həyatında dərin izlər buraxır. Illər keçsə belə sən o günü unuda bilmirsən. 05 iyun 2020-ci il. Bu tarix həmin unudulmayan günlərdən oldu mənim üçün.

05 iyun 2020-ci il tarixdə dayım Şirvan şəhər Diaqnostik Mərkəzdə əməliyyat olunacağdır. Mən də yaxın qohum kimi ordaydım. Səhər 9:30 radələrində telfonuma tanamadığım nömrədən zəng gəldi. Peşəmlə bağlı mənimlə görüşmək istədiyini dedi və təbii ki, razılaşdıq. Bir neçə dəqiqədən sonra həmin nömrədən zəng olundu ki, xəstəxananın giriş qapısındadır. Mən giriş qapıya yaxınlaşıb zəng edən yoldasla salamlaşdım. Sonra daha 3 nəfər mənə yaxınlaşaraq onlarla Şirvan şəhər polis şöbəsinə gedməyimi xahiş elədilər. (Məhz xahiş edirik dediləra). Təbii, mən razlaşdım və maşına oturaraq birlikde polis şöbəsinə gəldik. Maşında bir neçə kəlmə ümumi danişiğı nəzərə almasaq sakit halda şöbəyə gədik. Və...

Sonradan adını bildiyim, məni xəstəxananın qapısında ilk şöbəyə dəvət edən polis əməkdaşı, İlham Əhmədovun kabinetine keçdik. Dindirilməyə gələn bütün vətəndaşlar kimi ilk mənə ciblərimi boaldmağı xahiş elədilər. Sonra tanamadığım, lakin idmançı oldugu hiss olunan başqa polis əməkdaşı olduğca mədəni qaydada üst-başımı axtardi. Sonra isə məni oturmağa dəvət etdilər. İlham Əhmədovun ilk işi otağa mənim üçün çay gətirdmək oldu. Düzü daxilən gərgin idim, hələ bura niyə dəvət olunmağımı bilmirdim. İlham Əhmədov əsl peşakar polis işçisi kimi bunu hiss edib, mənə siqaret yandirmağı məsləhət gördü. Belə hallarda yəqin başı çəkənlər bilir ki, siqaret qədər köməyə heç nə çatmır. Məhz İlham müəllim bunu bildiyindən mənə siqaret yandirmağı məsləhət gördü. Bu anda qəfildən məndə ürək sıxıntısı oldu. Demək mənimlə ilk telfonda danışan Simral və İlham müəllim inaın sanki doğmalarım kimi eaksiya verdilər. Sərin su təşkil etmək və təcili sanitar otağına keçirib sərin su ilə əl-üzümü yumağa mənə koməklik etdilər. əhvalım normallaşdıqdan sonra, sual-cavab başlandı. Aydın oldu ki, illər öncə mənim adıma alınıb, dostuma hədiyyə etdiyim və hazırda nə mənim, nə də həmin dostumun istifadəsində olmayan bir mobil nomryəyə görə bura dəvət olunmuşam. Bu məsələ aydınlaşan kimi, İlham müəllim məni, yəqin ki, özündən yüksək vəzifədə işləyən Sədi adlı polis əməkdaşının yanına apardı. Mən ora gedənə kimi İlham Əhmədov mənim haqqımda necə danışmışdısa, Sədi müəllim məni, şübhəli şəxs kimi deyil, fəxri qonağ kimi qarışladı. Ümumi bir neçə dəqiqəlik sohbətdən sonra xudafizləşib yenidən İlham Əhmədovun otağına gəldik.

Bütün hadisələrdən polis rəsinin xəbəri olmalıdır. Buna görə də mənim şöbəyə gətirilməyim və bu işdə yanlışlıq oldugunu artıq Sədi müəllim şöbənin rəisi Hikmət Quliyevə məruzə etmişdir. Biz otağa yenicə girmişdik ki, Sədi müəllimdən zəng gəldi. Məndən rəisin adından üzr istətilər. Inanın ki, bu olanları kimsə danışsaydı bəlkə də şübhə edərdim. Əsas da bu İlham Əhmədov. İlahi bu insanda olan mədəniyyət, insanlıq o qədər yüksək səviyyədədir ki, yazmağla fikrimi çatdıra bilmirəm. Ilham müəllim öz maşınının açarını Simrala verərək, məni öz maşınımın yanına aparmağı tapşırdı. Düzü bu Simral mən otğda olan mənə elə baxışlarla baxırdı ki, sanki mənə zəng edib, bura gətirdiklərinə görə utanırdı. Biz birlikdə maşına minən kimi, Simral ilk olaraq məndən üzr istədi. Mən isə bunun onların peşə vəzifələri olduğunu , narahat olmadığımı dedim. Sonda maşından düşüb xudafizləşəndə həqiqətən Simral kovrəlmişdir və Simralın həmin anda olan simasını illərlə unudmayacam.

P. S. Bütün bu olanlara görə mən başda, Şirvan şəhər polis şöbəsinin rəisi Himət Quliyevə, həmin şöbənin əməkdaları İlham Əhmədova Sədi müəllimə və Simrala öz təşəkkürümü bildirirəm.

Peşəmizlə bağlı polis humanistlyinin çox şahidi oluruq, bəzən deyilənlərin tam həqiqət olduguna şübhə edirik. Lakin insan öz göləri ilə buna şahid olduğda, belə bir dövlətdə yaşadığına görə qürür duyur. Nə yaxşı ki, sizin kimi polislərimiz var, nə yaxşı ki, bu orqanın rəhbərliyi bu gün layiqli insan cənab Vilayət Eyvazovdadır.

Əzizlərim sonda hər birinizi polislərimizə qarşı mədəni olmağa çaırıram, gəlin onları da başa düşək, biz çoxuq, onlar isə az. Heç kimin də alınına cinayətkar olub-olmadığı yazılmayıb. Onların vəzifəsidir, şübhələndiyi vətəndaşı polis şöbəsinə dəvət etsinlər. Biz də Ali Qanunlarımıza riyayət etsək, qısa zamanda dünyamızı ağuşuna alan COVİD-19 epedemiyasından da xilas olarıq.

Hörmətlə Sahil Rəhimov (Şeyx Babaoğlu)

Şirvan şəhəri.


AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031