atatv.az
atatv.az

Azərbaycan polisi hər zaman ayıq-sayıqdır

16-06-2020, 11:33


Azərbaycan polisi hər zaman ayıq-sayıqdır

Hər kəsə məlumdur ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə, Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul “Azərbaycan Polisi Günü” elan olunmuşdur. Fakt budur ki, Azərbaycanda daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur. 1969-cu ildə Ümummilli Liderimiz Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra, daxili işlər orqanlarına qarşı dövlət qayğısı artırılmış, vətəninə və xalqına sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığın yüksəldilməsinə xüsusi diqqət göstərilmişdir. Həmin illərdən başlayaraq şəxsi heyyətin milli dövlətçilik ideologiyası əsasında formalaşdırılmasına başlanmışdır. Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən və 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra, hüquq-mühafizə orqanlarının yeni inkişaf mərhələsinin əsası qoyuldu. Həyata keçirilən kadr islahatları peşəkarlığın artırılmasına, xidmətin səmərəli şəkildə təşkilinə zəmin yaratdı. Qanunların aliliyinin təmin olunması, dövlətçilik prinsiplərinin ön plana çəkilməsi və digər addımların atılması səbəbindən, ölkəmizdə cinayətkarlığa qarşı mübarizə tədbirlərinin möhkəm təməli qoyuldu, vətəndaşların dinc, rahat yaşamaları üçün lazımi şərait də yaradıldı.

Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində, polis əməkdaşları ölkəmizdə sabitliyin və asayişin qorunması istiqamətində ardıcıl addımlar atılmaqdadırlar. Vətəndaşların məruz qala biləcəyi hüquqazidd əməllərə qarşı, məhz təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlar cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanı əməkdaşlarına əlavə stimul verməkdədir. Artıq ölkəmizdə möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik hökm sürür, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının rolu daha da artır.

Bir faktı da qeyd edək ki, bu gün DİN-nin hər bir əməkdaşına qarşı dövlətimizin diqqət və qayğısı günü-gündən artmaqda davam edir. Son illər daxili işlər orqanlarının maddi-texniki bazası ən müasir səviyyəyə çatdırılmış, fəaliyyətləri günün tələbləri səviyyəsində təşkili olunmuşdur. Arxada qoyduğumuz ötən illər ərzində bütün ərazi polis orqanlarının inzibati binaları yenidən qurulmuş, xidməti avtomobilləri yeniləri ilə əvəz edilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatları daha da yaxşılaşdırmışdır. Bu gün DİN-ə tabe olan bütün qurumlarda çalışan əməkdaşlar üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə, açıq-aşkar şəkildə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüquqlarının təmin olunması sahəsində zəruri tədbirlər həyata keçirirlər. Belə ki, daxili işlər naziri cənab Vilayət Eyvazovun imzaladığı fərman, sərəncam və verdiyi tapşırıqlar, qarşıya qoyduğu vəzifələr hər bir polis əməkdaşı tərəfindən uca tutulur və onlar üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı əzmkarlıqla yerinə yetirirlər.

Xüsusi vurğulanası halın varlığı odur ki, bu gün daxili işlər orqanlarında çalışıb, məsuliyyətli vəzifələrə cavabdehlik daşıyan polis əməkdaşları qarşıya qoyulan məqsədlərə nail olmaq üçün, yeni iş metodları tətbiq edir, hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə əlaqələrini möhkəmləndirirlər. Əhalinin müxtəlif təbəqələri və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirirlər. Artıq hər bir polis əməkdaşı insan hüquqlarının əsas təminatçısına çevrilmiş, milli dəyərlərə hörmət və dövlətçilik ənənələrinə sədaqətlilik, onların fəaliyyətinin əsas istiqaməti kimi qəbul olunmuşdur.

Bəli, ümumi məqsədlərimizin həyata keçirilməsində Azərbaycan polisi, bu gün də üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirməkdədir. Müstəqil Xalq Partiyasının (MXP) sədri olaraq görmüşəm ki, polis əməkdaşlarının atdıqları qətiyyətli addımlar sayəsində xalqımız illər öncə bir çox sarsıntılardan, məhrumiyyətlərdən xilas oldu və siyasi sabitliyə söykənən dövlətimizi, məhz onların rəşadətləri sayəsində yaşada bildik. Аzərbaycan polisi hər zaman olduğu kimi, yenə də ayıq-sayıqdır və bu gün də dövlətçiliyimizin qorunmasında, təhlükəsizliyimizin təmin olunmasında, siyasi sabitliyin qorunub saxlanılmasında və s. üzərinə düşən şərəfli peşə borcunu uğurla yerinə yetirməkdədir. DİN-i strukturlarında belə bir ab-havanın əmələ gəlməsinin yalnız bir səbəbi var, o da rəhbərlikdə olan şəxslərin daşıdıqları vəzifələrini müdrikcəsinə həyata keçirmələridir. Ötən illər ərzində adı çəkilən bu qurumun sturukturlarında həyata keçirilən islahatlar, peşəkar polis əməkdaşlarının məsul vəzifələrə təyin olunmaları, onların əməyindən səmərəli istifadə olunma, dövlətçiliyə xidmət etmək amalı, ictimai-siyasi sabitliyin qorunub saxlanılması yöndə atılan addımlar və s. onu sübut edir ki, hal-hazırda Azərbaycan polisi həm şərəfli adını qorumaqda, həm də uğurlu iş fəaliyyətini davam etdirməkdədir. Sözsüz ki, yuxarıda qeyd etdiyimiz kimi belə bir amillərin əmələ gəlməsinin yalnız bir səbəbi var, o da rəhbərlikdə olan vəzifə sahiblərinin peşəkar idarəçiliyə malik olmalarının varlığı, xalq-dövlət anlayışını hər zaman uca tutmaları, qanunun aliliyinin qorunması yöndə lazımi addımlarını atmalarıdır. MXP-sı olaraq son günlər baş verən hadisələrə qarşı polis əməkdaşlarının sərgilədiyi addımları təqdirəlayiq hesab edir və onların mövqeyini müdafiə etdiyimizi də bəyan edirik. Çünki, bir müddət bundan öncə qeydiyyatdan keçsək də, qısa zaman kəsiyində minlərlə üzləri öz ətrafında birləşdirən MXP, məhz bu gün ölkəmizdə baş verən hadisələri gündəlik izləyirik və öz yanaşmamızı da ortaya qoyuruq.

O halın varlığını xüsusi qiymətləndirmək lazımdır ki, ötən illər ərzində həyata keçirilən müdrik idarəçiliyin varlığı səbəbindən, respublikamızın bütün ərazilərində baş verən cinayət hadisələrinin sayı hər il azalır, uzun illər ərzində üstü açılmamış hadisələrin üstünün açılması yöndə əməli addımlar atılır. Bu yöndə verilən statistik məlumatlar onu söyləməyə əsas verir ki, Azərbaycan polisi bu gün də xalqına-dövlətinə layiqincə xidmət etməkdədir. Hal-hazırda istər paytaxt Bakıda, istərsə də ətraf şəhər və rayonlarda dövlətimizin polis əməkdaşlarına göstərdiyi diqqət və qayğı, onların lazımi avadanlıqlarla, digər texniki vasitələrlə təminatları və s. yaxşılaşdığından, polis əməkdaşları da üzərinə düşən vəzifələrinin öhdəsindən daha dolğun şəkildə gəlirlər. Sözsüz ki, bu gün də bir tarixdir və bu gün xalqına, dövlətinə layiqincə xidmət еdən hər bir vəzifə sahibi, müasir Azərbaycanın tarixində silinməz izlər buraxmaqdadır.

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının (MXP) sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031