atatv.az
atatv.az

“İnanıram ki, Bəhram sağalacaq” – Mehriban Əliyeva

16-06-2020, 17:15

“İnanıram ki, Bəhram sağalacaq” – Mehriban Əliyeva

“Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edirlər. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm”.

Atatv.az xəbərinə görə, bunu Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva əməkdar artist Bəhram Bağırzadə ilə bağlı “İnstagram”da paylaşıb.

M. Əliyeva bildirib ki, həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər: “Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik. Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbr versin. Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm. Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun.

Uca Allah hamıya cansağlığı nəsib etsin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031