atatv.az
atatv.az

İcra başçısının müavinləri və qohumu tutuldu - Abşeronda əməliyyat

22-06-2020, 14:06

İcra başçısının müavinləri və qohumu tutuldu - Abşeronda əməliyyat


Bu dəqiqələrdə Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) binasında korrupsiyaya qarşı xüsusi əməliyyat keçirilir.

"BakuPost"un məlumatına görə, bu barədə jurnalist Eynulla Fətullayev məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı İcra Hakimiyyətinin bir sıra yüksək vəzifəli məmurları saxlanılıblar.
O qeyd edib ki, Abşeron rayon icra hakimiyyəti başçısının ətrafını, memarlıq işçilərini, hətta qohumunu da saxlayıblar. "Əməliyyatı Baş Prokurorluq həyata keçirir".
İddiaya görə, əməliyyat zamanı rayon rəhbəri İradə Gülməmmədovanın bütün müavinləri saxlanılıb.
Təfərrüatlar barədə məlumat daha sonra açıqlanacaq.

Qeyd edək ki,
Baş Prokurorluğun Mətbuat Xidməti keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsinin nəzərdə tutulduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031