atatv.az
atatv.az

Vaqif Əsədov karantin postlarındakı yenilikdən DANIŞDI - VİDEO

24-06-2020, 22:00

Vaqif Əsədov karantin postlarındakı yenilikdən DANIŞDI - VİDEO
Yol polisi karantin postlarında vətəndaşları xüsusi texnika vasitəsilə yoxlayır. Avtosfer.az xəbər verir ki, bu barədə Asan radioya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, yeni planşetlər vətəndaşın şəxsiyyət vəsiqəsini tez bir zamanda oxuyur və portalda icazəsinin olub-olmadığını müəyyən edir. "Bunun üçün sadəcə 3-5 saniyə vaxt tələb olunur. Yeni texnologiya vətəndaşların postlarda daha tez yoxlanılması üçün effektiv nəticədir. Eyni zamanda, polislər vətəndaşın sənədinə əllə toxunmadan yoxlama apara bilirlər."

Vaqif Əsədov onu da bildirib ki, köhnə şəxsiyyət vəsiqələrində üz, yeni vəsiqələrdə isə arxa tərəfi göstərməklə planşet məlumatları oxuya bilir. "Bu həm də əlavə vaxt itkisinin qarşısını alır. Sürücülərdən xahiş edirik ki, posta yaxınlaşan zaman müvafiq sənədləri hazır saxlasınlar ki, əlavə vaxt itkisinə səbəb olmasın."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031