atatv.az
atatv.az

Prezidente müraciət

27-06-2020, 15:49

Prezidente müraciət

Gecikmiş müraciət

Çox hörmətli cənab Prezidentimiz və Ali Baş Komandanımız

İlham Əliyevə müraciət

Mən,Mirzəxanlı(Mirzəxanov)Nurəddin Tərişoğlu 1947-ci ildə Lerik rayonun Soru kəndində

Böyük Vətən Müharibəsinin birinci qrup əlili Abdullayev Təriş Mirzəxanoğlunun kasıb ailəsində dünyaya göz açmışam.1966-cı ildə Lerik qəsəbə bir saylı orta məktəbi bitirmiş,1967-69 cu illərdə sovet ordusunda nümünəvi hərbi xidmət etmişəm.1970-ci ildən 1992-ci ilin may ayına qədər Bakı şəhərinin tikinti sahələrində,daha çox daş karxanalarında 22 il ağır işlərdə işləmişəm.

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmişəm.

Ali təhsilli olmağıma baxmayaraq heç yerdə işlə təmin oluna bilmədim.

1992-ci ildə Milli Azadlığımızın qarantı olan Milli Ordumuzda mülkü işçi kimi xitmətə başladım.

1993-cü ildə 46 yaşımda leytenant rütbəsi ilə Milli Ordumuzun zabiti oldim.

2003-cü ildə yaşla əlaqədar istefaya göndərildim.Təqaüdə çıxandan sonra yenə işsiz qaldım.

Çünki mən yoxsul və müharibə əlilinin köməksiz şair oğlu idim...

Xidmət etdiyim müddət ərzində bircə dəfə belə xəbərdarlıq almadım.Bütün varlığımla Vətənə xidməkdən baçqa bir arzum yox idi.Vətənin müdafiəsi üçün canından keçməyə hazır olan şəxsi heyətin tərbiyyə işləri üzrə müəllimi idim.Bir müddət 670 saylı həbi hissədə xidmətdən sonra məni Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə işləməyə dəvət etdilər.

Mətbuat Xidmətində beş il xidmət etdim.Üç il mayor vəzifəndə işlədim,rütbəmi vermədilər.

Çünki mən arxasız idim,dayağım yox idi.

Bütün bu haqsızlara baxmayaraq dövru mətbuatımızda,eyni zamanda rus dilində, hərbi vətənpərvərlik şeirlərimlə tabeliyimdə olan əsgərlərimə və gənc nəslə yeni ruh,yeni mübarizlik dərsi vermişəm.

Əsərlərimin canlı şahidi olan rəhmətlik xalq şairləri B.Vahabzadə,Xəli Rza,Məmməd Araz,Mirvari Dibazi,Zəlimxan Yaqub,rəhmətlik akademik Ağamusa Axundov və bugün də ədəbiyyatımıza xidmət edən xalq şairi Sabir Rüstəmxanlı və digər adlı-san tənqidçilərimiz əsərlərimin ideya və məzmun sarıdan gərəkli olduğunu yüksək səviyyədə qeyd ediblər.

Halbu ki,bu və digər əsərlərimi ,Azadlığı üçün canımdan keçməyə hazır olduğum Vətənimin mənim və altı nəfərdən ibarət ailə üzvləimin payıma düşən 20 kvadrat –metr olan barakda yazmış və yazmaqdayam!

2010-cü ildən Bakı şəhəri ,Yasamal rayonu İcra hakimiyyətində ev qeydiyatındayam.

İki il bundan əvvəl keçmiş başçı İbrahim Mehdiyevə müraciət elədim.Üstümə qşqıraraq,-get,dedi,-evi Anardan,Fikrət Qocadan,Hacıbala Abutalıbovdan,Müdafi nazirindən al!Camaatın içində çox məyus oldum,ancaq Vətəndə olduğuma görə bir az rahatlıq tapdım...

Bütün bu çətinliklərə baxmayaraq dörd kitab müəllifiyəm.Kitablarımı borc ilə çap etmişəm.

Nə Müdafiə nazirliyi, nə də Yazıçılar Birliyi mənə kömək etmir.İki kitabım çapa hazırdır,maddi imkanım yoxdu.Maddi imkansızlıqdan əziyyət çəkirəm.Dörd –beş yüz manatla nə lazımınca yeyə bilirəm,nə də geyinə;eyni zamanda yatmağa,yazmağa da yerim yoxdu.

2017-ci il oktyabr ayında 70 illiyimdə Azərbaycan Yazıçılar Birliyində,Ümummilli Liderimiz rəhmətlik Heydər Əliyevin Qarabağ müharibəsi veteranları haqqında tövsiyyəsinə zidd hərəkət edərk,rəhbər işçilərdən heç kim iştirak etmədi.

Çünki mən on bir il Vətən üçün döyüşmüş adsız və mükafatsız hərbçi şair idim.

Çox hörmətli cənab Prezidentimiz və möhtərəm Ali Baş komandanımız!

On beş ildir əlaqədar təşkilatlara,Sizə və hörmətli Mehriban xanıma müraciətlərim cavabsız qalır.Yazdığım şikayət ərizələrim poçt qutusundan çıxmır.Bugünə qədər vətəndaş məsuliyyətimə və zabit şərəfimə sadiqəm.Lakin bu sadiqlik 71 yaşlı adama-mənə əzabdan başqa bir şey olmadığı üçün bu yolu seçdim.Məni bu yola məcbur etdilər.

Çox hörmətli cənab Prezidentimiz və möhtərəm Ali Baş komandanımız!

Sərəncam verin,yoxlasınlar.Günahkar olsam,cəza çəkməyə hazıram!

Yetmiş bir yaşım var-köç üstündəyəm!

İnanıram ki,mənim bu dünyadan evsiz-ünvansız köçməyimi rəva biməzsiniz.

Bu gün bircə Sizdən utanıram!

Çox xahiş edirəm:Keçin mənim günahımdan!

Çox böyük hörmət və etiramla, Nurəddin Mirzəxanlı:

Yeni Azərbaycan Partiyasının üzvü,

Azərbaycan Dövlətçiliyi və Prezidentinə Dəstək Mərkəzinin sədr müavini,

İstefadə olan kapitan,Qarabağ müharibəsi veteranı,

Bir illik Prezident təqaüdçüsü,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

2006-cı ildə Respublika üzrə “Vətən sərhəddən başlanır”ədəbi-bədii qiraət müsabiqənin poema janrında (Sərhədçi düşüncələri”) qalibi.

12.09.2018-ci il

Telefon 055 546 61 00

Prezidente müraciət






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031