atatv.az
atatv.az

ÜST rəsmisindən XƏBƏRDARLIQ: “Xoşumuza gəlməyən...”

29-06-2020, 10:38

ÜST rəsmisindən XƏBƏRDARLIQ: “Xoşumuza gəlməyən...”

“Biz koronavirusu dayandırmağı bacarana qədər o, həyatımızda olacaq. Bunu başa düşməliyik”.

Oxu.Az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizə üçün qarşımızda uzun bir yol var:

“Xoşumuza gəlməyən, öyrəşmədiyimiz, bizim üçün çətin olacaq işləri etmək məcburiyyətində olacağımız aylar var. Bunun başqa, qısa yolu yoxdur. Hər kəs fiziki məsafəni qorusun, əllərini yusun və maska taxsın”.

“Tibb işçiləri, test edin, özünüzü təcrid edin, təmasda olduğunuz insanları müəyyən edin və onları karantinə alın. Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı qoruya bilərik”, - deyə ÜST rəsmisi qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031