atatv.az
atatv.az

Putindən Baş nazirlə bağlı QƏRAR: heç vaxt...

29-06-2020, 16:36

Putindən Baş nazirlə bağlı QƏRAR: heç vaxt...


Rusiya Prezidenti Vladimir Putin hökumət baçısı Mixail Mişustin ilə bağlı yeni qərar qəbul edib.

Atatv.az xəbər verir ki, Putin Mişustin ilə eyni təyyarəyə minməmək, eyni zamanda vəzifə başından ayrılmamaq kimi qayda tərtib edib.

“Rossiya 1” telekanalına müsahibəsində mövzu ilə bağlı danışan Pqeyd edib ki, həm özünün, həm də baş nazirin dövlətlə bağlı böyük məsuliyyətləri var. Buna görə də ikisi eyni anda vəzifə səlahiyyətlərindən uzaqlaşa bilməz. Təhlükələrə qarşı hər ikisi fərqli zamanlarda, fərqli məkanlarda olmalıdır.

M.Mişustinin koronavirusa yoluxduğu zamanları xatırladan Putin o zaman çox diqqətli hərəkət etmək və iş proqramını da bu vəziyyətə uyğun olaraq tərtib etmək məcburiyyətində olduğunu vurğulayıb.

Rusiya lideri insanlarla söhbət etməyi sevdiyini, bu səbəbdən izolyasiya prosesinin onun üçün sınaq müddəti olduğunu qeyd edib.

Qeyd edək ki, prezident və yarı-prezident respublikalı ölkələrdə dövlət və hökumət başçıları, həmçinin, vitse-prezidentlərin eyni nəqliyyat vasitəsindən istifadə etməsi qadağandır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031