atatv.az
atatv.az

190 manat iyul ayında veriləcək? - NAZİRLİKDƏN AÇIQLAMA

29-06-2020, 17:35

190 manat iyul ayında veriləcək? - NAZİRLİKDƏN AÇIQLAMA

Aprel-iyun aylarında 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi həyata keçirilib.

Atatv.az xəbər verir ki, insanları daha çox növbəti ay üçün də 190 manat məbləğində birdəfəlik ödəmələrin verilib-verilməyəcəyi maraqlandırır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Qazet.az-a açıqlama verib.

Onun sözlərinə görə, 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi hələ gündəmdə deyil.

Xatırladaq ki, iyun ayı üçün ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031