atatv.az
atatv.az

Bu gün Azərbaycan polisinin yaranmasının 102-ci ildönümüdür

2-07-2020, 05:30

Bu gün Azərbaycan polisinin yaranmasının 102-ci ildönümüdür

Bəlli bir həqiqətdir ki, Azərbaycan polisi —Daxili İşlər Nazirliyinin strukturuna daxil olmaqla bərabər, “Polis haqqında” Qanununa əsasən, Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə, Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul “Azərbaycan Polisi Günü” elan olunmuşdur. Hər kəs o haqda da məlumatlıdır ki, Azərbaycanda daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur. 1969-cu ildə Ümummilli Liderimiz Azərbaycana Respublikasına rəhbərlik etməyə başladıqdan sonra, daxili işlər orqanlarına qarşı dövlət qayğısı artırılmış, vətəninə və xalqına sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığın yüksəldilməsinə və s. xüsusi diqqət göstərilmişdir. Həmin illərdən başlayaraq şəxsi heyyətin milli dövlətçilik ideologiyası əsasında formalaşdırılmasına başlanmışdır. Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən və 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra, hüquq-mühafizə orqanlarının yeni inkişaf mərhələsinin əsası qoyuldu. Həyata keçirilən kadr islahatları peşəkarlığın artırılmasına, xidmətin səmərəli şəkildə təşkilinə zəmin yaratdı. Qanunların aliliyinin təmin olunması, dövlətçilik prinsiplərinin ön plana çəkilməsi və digər addımların atılması səbəbindən, ölkəmizdə cinayətkarlığa qarşı mübarizə tədbirlərinin möhkəm təməli qoyuldu, vətəndaşların dinc, rahat yaşamaları üçün lazımi şərait yaradıldı.

Bəli, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində, polis əməkdaşları ölkəmizdə sabitliyin və asayişin qorunması yöndə ardıcıl addımlarını atmaqda davam edirlər. Vətəndaşların məruz qala biləcəyi hüquqazidd əməllərə qarşı, məhz təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlar cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanı əməkdaşlarına əlavə stimul verir. Hal-hazırda ölkəmizdə möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik hökm sürür, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı həyata keçirilir.

Bəlli bir həqiqətdir ki, DİN-nin hər bir əməkdaşına qarşı dövlətimizin diqqət və qayğısı günü-gündən artır. Son illər daxili işlər orqanlarının maddi-texniki bazası ən müasir səviyyəyə çatdırılmış, fəaliyyətləri günün tələbləri səviyyəsində təşkili olunmuşdur. Ötən illər ərzində bütün ərazi polis orqanlarının inzibati binaları yenidən qurulmuş, xidməti avtomobilləri yeniləri ilə əvəz olunmuş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatları yaxşılaşdırmışdır. Hal-hazırda DİN-ə tabe olan bütün qurumlarda çalışan əməkdaşlar üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir, açıq-aşkar şəkildə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, vətəndaşların azad və təhlükəsiz yaşamaları üçün zəruri tədbirlər həyata keçirirlər. Belə ki, daxili işlər naziri cənab Vilayət Eyvazovun imzaladığı fərman, sərəncam və verdiyi tapşırıqlar, qarşıya qoyduğu vəzifələr hər bir polis əməkdaşı tərəfindən uca tutulur və onlar üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı əzmkarlıqla yerinə yetirirlər. Son aylar ərzində daxili işlər orqanı əməkdaşlarının məsuliyyətləri daha da artmış və onların dövlətimiz, xalqımız qarşısında gördüyü işlər daha da məhsuldar olmuşdur. Bir anlığa diqqət yetirək ki, son bir neçə aydır ki, dünyanı ağuşuna alan karonavirus (COVİD-19) infeksiyasının ölkəmizin ərazisində yayılma riski artarkən, DİN-nə tabe olan qurumlar, ələlxüsus Əlahiddə Çevik Polis Alayının şəxsi heyyətinin daha çox hissəsi bu yöndə aparılan mübarizə tədbirlərinə cəlb olundular. Belə ki, təkcə paytaxt Bakı şəhərində deyil, ətraf şəhər və rayonlarda polis əməkdaşlarının karantin rejimi ilə bağlı işlərə səfərbər olunmaları, məhz hər kəsin gözləri önündə olub. Bəli, hər bir polis əməkdaşı cənab Prezidentin çağırışına yekdil səs verdilər, Operativ Qərəgahın çıxarmış olduğu qərarların icraasını yerinə yetirdilər, bir sözlə bu gün də bu yöndə addımlarını atmaqda davam edirlər.

Xüsusi vurğulanası hallardan biri də odur ki, hazırda ümumi məqsədlərimizin həyata keçirilməsində Azərbaycan polisi üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirir. Fakt budur ki, polis əməkdaşlarının atdıqları qətiyyətli addımlar sayəsində xalqımız illər öncə bir çox sarsıntılardan, məhrumiyyətlərdən xilas oldu və siyasi sabitliyə söykənən dövlətimizi, məhz onların rəşadətləri sayəsində yaşada bildik. Аzərbaycan polisi hər zaman olduğu kimi, yenə də ayıq-sayıqdır və bu gün də dövlətçiliyimizin qorunmasında, təhlükəsizliyimizin təmin olunmasında, siyasi sabitliyin qorunub saxlanılmasında və s. üzərinə düşən şərəfli borcunu ən yüksək səviyyədə yerinə yetirirlər. DİN-i strukturlarında belə bir ab-havanın əmələ gəlməsinə əsas səbəb, rəhbərlikdə olan şəxslərin daşıdıqları vəzifələrini müdrikcəsinə həyata keçirmələridir. Ötən illər ərzində adı çəkilən bu qurumun sturukturlarında həyata keçirilən islahatlar, peşəkar polis əməkdaşlarının məsul vəzifələrə təyin olunmaları, onların əməyindən səmərəli istifadə olunma, dövlətçiliyə xidmət etmək amalı, ictimai-siyasi sabitliyin qorunub saxlanılması yöndə atılan addımlar və s. onu sübut edir ki, hal-hazırda Azərbaycan polisi həm şərəfli adını qorumaqda, həm də uğurlu iş fəaliyyətini davam etdirməkdədir. Sözsüz ki, yuxarıda qeyd etdiyimiz kimi belə bir amillərin əmələ gəlməsinin yalnız bir səbəbi var, o da rəhbərlikdə olan vəzifə sahiblərinin peşəkar idarəçiliyə malik olmalarının varlığı, xalq-dövlət anlayışını hər zaman uca tutmaları, qanunun aliliyinin qorunması yöndə lazımi addımlarını atmalarıdır. Son günlər paytaxt Bakı şəhərinin Yasamal rayonu ərazisində və digər yerlərdə baş verən hadisələrə qarşı polis əməkdaşlarının sərgilədikləri yanaşmalar hər kəsin gözləri qarşısındadır.

O halın varlığını xüsusi qiymətləndirmək lazımdır ki, həyata keçirilən müdrik idarəçiliyin varlığı səbəbindən, respublikamızın bütün ərazilərində baş verən cinayət hadisələrinin sayı hər il azalır, uzun illər ərzində üstü açılmamış hadisələrin üstünün açılması yöndə əməli addımlar atılır. Bu yöndə verilən statistik məlumatlar onu söyləməyə əsas verir ki, Azərbaycan polisi hal-hazırda xalqına-dövlətinə layiqincə xidmət etməkdədir. Bu gün istər paytaxt Bakıda, istərsə də ətraf şəhər və rayonlarda dövlətimizin polis əməkdaşlarına göstərdiyi diqqət və qayğı, onların lazımi avadanlıqlarla, digər texniki vasitələrlə təminatları və s. yaxşılaşdığından, polis əməkdaşları da üzərinə düşən vəzifələrinin öhdəsindən daha dolğun şəkildə gəlirlər. Sözsüz ki, bu gün də bir tarixdir və hal-hazırda xalqına, dövlətinə layiqincə xidmət еdən hər bir polis əməkdaşının atdığı addım, müasir Azərbaycanımızın tarixininin şanlı səhifəsinə həkk olunur.

O da hər kəsə bəllidir ki, bu gün Azərbaycan polisinin yaranmasının 102-ci ildönümü qeyd olunur. Bütün bunları nəzərə alaraq, belə bir möhtəşəm və tarixi gün münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazov başda olmaqla, ATA.TV.az xəbər portalının rəhbəri Rasafil Bayramov və redaksiyanın yaradıcı, işgüzar kollektivi xalqımızın və dövlətimizin firəvanlığı, sabahkı cəmiyyətimizin qüdrətli inkişafı naminə, hər bir polis əməkdaşını sidq ürəkdən təbrik edib, onların hər birinə gələcək fəaliyyətlərində yeni-yeni uğurlara qovuşmalarını arzu edirlər.

Hörmətlə,

Almaz Yaşar


Bu gün Azərbaycan polisinin yaranmasının 102-ci ildönümüdür
Bu gün Azərbaycan polisinin yaranmasının 102-ci ildönümüdür
Bu gün Azərbaycan polisinin yaranmasının 102-ci ildönümüdür






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31