atatv.az
atatv.az

ŞAİR DÜNYASI

3-07-2020, 13:44

ŞAİR DÜNYASI

Şairlər,..

Uşaq kimi kövrək, ahıl kimi həlim, Bakı küləyi kimi çılğın...


Haqqında danışacağım şəxs çoxdan tanıdığım istedadlı və nəğməkar şair, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər birliyinin üzvü, 200 - dən çox mahnı mətninin müəllifi, Həsən bəy Zərdabi diplomu, yaradıcılığına görə başqa neçə - neçə diplom, tərifnaməyə layiq görülmüş, nəhayət bu yaxınlarda Prezident təqaüdü ilə təltif olunmuş dostumuz Abil İslamdır. O daim yeni şerlər və mahnı mətnləri üzərində işləyir.
Onun yaradıcılığı çoxşaxəlidir. Bu günlərdə şair gələcəyimiz olan uşaqlarımız üçün yeni yazdığı " Bağçamız " adlı mahnısını tam hazırlayaraq YouTube səhifəsində paylaşaraq tamaşaçıların ixtiyarına verdi.
Baxanda siz də görəcəksiniz ki, mahnı çox uğurlu alınıb.
Mahnının musiqisi hərbiçi bəstəkar Elşən Nicat, ifaçı Leyla xanım, slayd müəllifi Səfər Səfərovdur.
Son illər uşaq şerləri demək olar ki heç yazılmır.Abil İslamın bu həs sas mövzuya müraciət etməsi çox tərifə layiq və sevindirici bir haldır.
Çox istərdik ki müasir şairlərimiz də Abil İslam kimi gələcəyimiz olan körpə balalarımızın maraq dünyasına da diqqət yetirsinlər.Axı uşaqların da öz xəyal və düşüncələri var...
Bəstəkar Elşən Nicat da çox yüksək ruhla bu sözlərə diqqət göstərib. Yoxsa mahnı bu qədər uğurlu alınmazdı.
Onu da qeyd edək ki, Elşən Nicat Abil İslamla uzun illərdir ki, yaradıcılıqda əməkdaşlıq edirlər. Onların birgə zəhmətlərinin sayəsində neçə - neçə gözəl mahnılar yaranıb. Aşağıda adları çəkilən mahnılar buna əyani sübutdur.
" Körpə səsi " , "Tələsmə hələ", " Bu şərdə bir gözəl var ", ' Sənin xəyalınla yaşayacağam ", " Yazmadı ", " Bələdiyyə teatrı ", " Mən azərbaycanlıyam ", " Nəyinə lazımam daha mən sənin ", " Biz allahın qullarıyıq ", " Toyuna gələk " və s.
Faşizm üzərində qələbənin 75 illiyinə bəstəkar İlahə Qismətlə birgə yaratdıqları mahnı da müsabiqədə ikinci yerin qalibi oldu.
İnanırıq ki, Abil İslam xalqımız üçün hələ çox yadda qalan və sevilən əsərlər yaradacaqdır.
Biz də öz növbəmizdə şair Abil İslamı yeni mahnısı münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yeni - yeni yaradıcılıq uğurları arzulayırıq.

ŞƏHLA AĞBULUD

Yazıçı publisist,
Yazıçılar birliyi Abşeron bölməsinin sədri


AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31