atatv.az
atatv.az

Dünyada yenidən Böyük böhran yaşana bilər

4-07-2020, 09:35

Dünyada yenidən Böyük böhran yaşana bilər

Dünyada yenidən Böyük böhran yaşana bilər
Dünya koronavirus səbəbindən yeni Böyük böhrana qərq ola bilər.

Bu barədə “Mirror” nəşri ABŞ futuroloqu Piter Şvartsın xəbərdarlığına istinadla məlumat verir.

Mütəxəssis qeyd edib ki, yeni infeksiyaya qarşı peyvənd tapmaq vacibdir, əks halda “pandemiya dünyası”nda yaşamalı olacağıq:

“Bu, COVID-19-un yeni norma olması ilə davam edən iqtisadi böhran və pandemiya ssenarisidir”.

Futuroloq hesab edir ki, dünya hazırda səhiyyə, iqtisadiyyat, sosial sahə və liderlik böhranından əziyyət çəkir:

“Biz indi güclənən iqtisadi böhranı, ticarət müharibəsini artıq yaşamışıq. İndi “Black Lives Matter” (Qaraların həyatı önəmlidir) hərəkatı tərəfindən yaradılan sosial böhran və nəhayət, bəzi ölkələrdə liderlik böhranı var. Koronavirus pandemiyası səbəbindən Böyük böhran ssenarisi qüvvəsində qalır.

İyun ayında Dünya Bankı inkişaf etmiş ölkələrin böyük itkilərə məruz qalacağını açıqlayıb. Baş verəcək geriləmənin ABŞ-da 1929-cu ildə başlayan Böyük böhrandan sonra ən dərin tənəzzül olacağı bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31