atatv.az
atatv.az

“Günüm bankda əhalinin söyüş və qarğışlarına qulaq asmaqla keçdi” – Təşkilat sədri ŞİKAYƏTLƏNDİ

2-06-2018, 12:38

“Günüm bankda əhalinin söyüş və qarğışlarına qulaq asmaqla keçdi” – Təşkilat sədri ŞİKAYƏTLƏNDİ
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Kapital Bank”ın İdarə heyətinin sədri Rövşən Allahverdiyevə şikayət məktubu göndərib. Məktubda bildirilib ki, bankın “28 may” filialı vətəndaşlara keyfiyyətli xidmət göstərə bilmir.

Cebhe.info-ya məlumat verən Eyyub Hüseynov bildirib ki, 29, 30, 31 may və 01 iyun 2018-ci il tarixlərində təşkilatın rəhbəri olaraq günü əhalinin söyüş, qarğışlarına qulaq asmaqla “Kapital Bank”ın “28 may” filialında keçib. Təşkilata məxsus 251 AZN-ı almaq müşkülə çevrilib:

“Bankda gözləmə zalında əsəbini boğa bilməyən Q.Şahbazov isə ona məxsus 1000 AZN-nın, 500 AZN-nı almağa güclə müvəffəq oldu. Bank işçiləri mərkəzə zəng edir, İbrahim cavab vermir, Tural işdə deyil, Gündüz yoxdur, Rəvan yerində deyil, avtorizasiya edənlə əlaqə yaratmaq mümkün deyil və s. cavablar verir.

Otur gözlə, axşam olur “Bank” bağlanır və s. kimi əsəbi nağıllar baş verir. Düşünürəm ki, özünə hörmət edən heç bir bank rəhbəri belə əcayib, biabırçı iş qurmamalıdır.

Bir daha əmin oldum ki, Dünya Bankının mənimlə görüşən nümayəndələri haqlı olaraq məndən niyə soruşurlar ki, “Əhalinin banklara inamını necə artırmaq olar?”. Bəli, belə biabırçı banka heç kim inam bəsləməməli və özünü aldatmamalıdır”.

AİB sədri bildirib ki, bu məsələyə baxılmasını bütün Azərbaycan istehlakçıları adından xahiş edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930