atatv.az
atatv.az

Karantin qaydalarını pozan Mələk Heydərova işdən çıxarıldı

6-07-2020, 11:36

Karantin qaydalarını pozan Mələk Heydərova işdən çıxarıldı


Azərbaycanın bir sıra şəhər və rayonlarında, eləcə də, Bakıda tətbiq olunan sərt karantin rejiminin tələblərini pozan teleaparıcı Mələk Heydərova işdən çıxarılıb.

Baku TV rəhbərliyi karantin qaydalarına əməl etməyən, qeyri-peşəkarlıq sərgiləyərək, ictimai fikirdə mənfi imic formalaşdıran aparıcı ilə yollarını ayırmaq qərarına gəlib və Mələk Heydərova ilə əmək müqaviləsinə xitam verib.

Bundan əvvəl isə Mələk Heydərova ictimaiyyətdən, Baku TV izləyicilərindən, kanal rəhbərliyindən, oxuculardan sərgilədiyi davranışa görə üzr istəyib.

İctimaiyyətdə pandemiya dönəmində hazırladığı materiallarla diqqət çəkən Baku TV-nin siması olan aparıcının heç bir etik kodeks gözləmədən, xüsusi sərt karantin rejiminin tətbiq olunduğu bir gündə qaydalara tabe olmayaraq, hoteldə dincəlməsi izləyicilərdə qıcıq yaradıb.

Xatırladaq ki, Mələk Heydərova əmək məzuniyyətində olub və o, “Fairmont Bakı” hotelində istirahət edərkən çəkdiyi fotoları paylaşıb.

Daxili İşlər Nazirliyi qısa zamanda hoteldə reyd keçirib və karantinin tələblərini pozan şəxslər saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31