atatv.az
atatv.az

“Şuşa şəhərciyi”ndə yanğın olub? - Komitədən AÇIQLAMA

6-07-2020, 20:19

“Şuşa şəhərciyi”ndə yanğın olub? - Komitədən AÇIQLAMA


Bu gün - iyunun 6-da Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində Bakı şəhərinin Sabunçu rayonunda, Ramana qəsəbəsində bir neçə evdə yanğın baş verməsi haqqında məlumat yerləşdirilib. Bəzi kütləvi informasiya vasitələri həmin məlumatı yayarkən hadisənin Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi” adlanan ərazidə baş verdiyini bildiriblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Ramana qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Şuşa şəhərciyi” adlanan ərazidə heç bir yanğın hadisəsi baş verməyib.

Yanğın “Şuşa şəhərciyi”nin ərazisindən bir neçə kilometr uzaqda olub və nəticədə yerli əhalinin yaşadığı evlərə ziyan dəyib.

Mətbuat xidməti kütləvi informasiya vasitələrindən cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı məlumatların yayılmasına diqqətlə yanaşmağı, həmin məlumatları yaymamışdan qabaq Dövlət Komitəsi ilə əlaqə saxlayaraq dəqiqləşdirməyi bir daha xahiş edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31