atatv.az
atatv.az

Trampın qohumu onun haqqında həqiqətləri açıqladı: “Ev tapşırıqlarını bacısı həll edirdi”

9-07-2020, 09:04

Trampın qohumu onun haqqında həqiqətləri açıqladı: “Ev tapşırıqlarını bacısı həll edirdi”


ABŞ Prezidenti Donald Trampın qohumu Meri Tramp özünün yeni “Həddən artıq və heç vaxt çatışmayan: mənim ailəm dünyanın ən təhlükəli insanını necə yaratdı” adlı kitabında dövlət başçısının əvəzinə onun tapşırıqlarını yerinə yetirən və imtahanları verən şəxsin adını açıqlayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Müəllifin sözlərinə görə, ABŞ-ın hazırkı lideri kiçik yaşlarından başqalarını öz maraqları naminə aldatmağa və əzab verməyə hazır olub. D.Trampın yaxın qohumu öz kitabında bildirib ki, onun üçün yalan ilk növbədə ətrafdakılara özünü olduğundan daha yaxşı göstərmək üçün bir üsuldur.

Meri Tramp bildirib ki, gələcək dövlət başçısının ev tapşırıqlarını bacısı Merienn həll edib. Fordem Universitetini bitirməmiş D.Tramp digər universitetə keçmək qərarı verib. Bu Pensilvaniya Universiteti olub.

Prezidentin qohumu bildirib ki, həmin vaxt D.Tramp “ağıllı oğlan” kimi tanınan və imtahanlardan uğurla keçən hansısa Co Şapiroya pul ödəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31